Podkastlar, ZZ-Manşet

Bayraqları bayraq edən…

Bayraq ölkə, təşkilat, quruluş və ya birliyi ifadə edən, əsasən düzbucaqlı şəklində olan lövhə və ya parçadır.

Lap qədimdə bayraqlar xəbərləşmək vasitəsi sayılsa da, sonralar ölkələr döyüşlərdə  tərəfləri ayırd edə  bilmək üçün bayraqdan istifadə edir.

Azərbaycan dilində olan “Bayraq” sözünün mənşəyi türklərin İslam dinini qəbul etdikdan sonra ərəb dilindən gələn  “batra” sözündəndir. Batra, döyüşçünün tanınması üçün nizəsinin ucuna bağladığı bez parçasına deyilir. Müasir bayrağın ilkin forması sayılan bayraq isə Çində Çjou sülaləsinin əsasını qoymuş imperatorun saraya gəlişini xəbər verən ağ bayraqdır.

Avropada isə ilk bayraq qədim Romada istifadə olunmağa başlayır.

Hazırda dünya ölkələrinin bayraqlarında ən çox istifadə olunan rəng qırmızıdır. Belə ki, qırmızı 177, ağ 174, mavi 127, sarı 120, yaşıl 112, qara 69, narıncı rəng isə 23 ölkənin bayrağında öz əksini tapıb. Lakin bu rənglər hər ölkənin bayrağında eyni mənanı daşımır. Məsələn qırmızı rəng bir çox ölkələrdə müasirliyin simvoludursa, digər ölkələrin bayrağında sosializmin nişanəsi sayılır.

Dünya  ölkələrinin bayraqlarında əks olunan simvollar əsasən ay-ulduz, xaç, heyvan və bitki fiqurları, etnik motivlərdir.

Türkiyə, Türkmənistan, Özbəkistan, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Malayziya, Sinqapur, Əlcəzair, Tunis, Pakistan, Mavritaniya, Komor adaları, Maldiv adaları bayrağında ay və ulduz olan ölkələrdir.

Danimarka, Dominikan, Finlandiya, Gürcüstan, İsveç, İsveçrə, Norveç, Tanga və s. ölkələrin bayrağında isə xaç əks olunub.

 İsrail bayrağındakı “Davud Ulduzu” isə yəhudilik simvoludur.

 Milli bayraqlar adətən düzbucaqlı şəkildə olur. Lakin üç ölkənin bayrağı bu qaydanı pozur: İsveçrə, Vatikan və Nepal.

İsveçrə və Vatikanın bayraqları kvadrat şəkillidir. 2002-ci ildə İsveçrə BMT-ə müraciət etsə də, bayrağın kvadrat olması BMT qanunlarına uymur. Nəhayət İsveçrənin səyi BMT-ni kiçik düzəliş etməyə vadar edir. BMT sıralarında dalğalan yeganə kvadrat bayraq İsveçrənindir.

unnamed

BMT-nin baş binasının qarşısında dalğalanan, lakin ölkəsi olmayan yeganə bayraq isə qaraçıların bayrağıdır.

Nepalın bayrağı isə iki üçbucağın birləşməsindən ibarətdir.  Dünyada dördkünc olmayan yeganə bayraq Nepala aiddir.

Ən böyük heyvan təsvirli bayraq Şri-Lankanındır. Onun üzərində  şir təsvir edilib. Şri-lanka bayrağının dörd küncündə təsvir olunan bo ağacının yarpaqları isə xeyirxahlığın simvoludur.

Qartallar ölkəsi olaraq bilinən Albaniyanın bayrağının üzərində isə ikibaşlı böyük qartal təsvir olunub.

Liviya  bayrağı 2011-ci ilə kimi tək rəngli yeganə bayraq olur. Ölkədə baş vermiş daxili müharibədən sonra hakimiyyətə gələn yeni hökumət bayrağı dəyişdirərək 3 rəngli edir.

Səudiyyə Ərəbistanı və İraq bayraqlarının üzəri dini yazılıdır.

Malayziyanın bayrağındakı ulduz ən çox guşəli ulduzdur.  14 uclu ulduz 13 ştatın və paytaxtın göstəricisidir.

Ən böyük bitki təsviri isə Kanada bayrağındadır.

Ən qədim bayraq Dannebroq adlanan Danimarka bayrağıdır. O 1219-cu ildən istifadə edilir. Bayraqda qırmızı fonun üzərində ağ xaç təsvir olunub.

Paraqvay bayrağı isə iki üzündə müxtəlif emblemlərin təsvir edildiyi yeganə dövlət bayrağıdır.

Beniziya bayrağının üzərində çox naxış olduğuna görə ən çətin rəsmi çəkilən bayraq sayılır.

Bayraqların tarixinə nəzər salanda onların demək olar ki, hamısının dəyişdiyini, bəzilərinin isə buna məcbur edildiyini görərik. Məsələn, Mokedoniya 1992-1995-ci illərdə bayrağını mitologiya motivi günəşlə bəzəyir və buna görə Yunanıstan Mokedoniyanın müstəqilliyini və bayrağını tanımır. Beləliklə, Mokedoniya 1995-ci ildən hazırda istifdə etdiyi bayrağa keçid etməli olur.

Digər bir maraqlı fakt isə Qətər bayrağı ilə bağlıdır. Belə ki, bayrağın rəngi qırmızı və ağ olmasına baxmayaraq yerləşdiyi coğrafiyada günəş şüalarının çoxluğu bayrağın qırmızı rəngini şabalıdıya çevrilməsinə səbəb olur. 1949-cu ildən isə Qətər dövlətinin bayrağı şabalıdı və ağ olaraq rəsmiləşdirilir. Bu, həm də Bəhreyn bayrağına olan bənzərliyi aradan qaldırır.

Müasir Azərbaycan Dövlət bayrağının tarixi bir əsir əvvəldən gəlir. Hazırda istifadə olunan dövlət bayrağının ideoloqu Əli bəy Hüseynzadədir. O hələ 1907-ci ildə Fiyuzat jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, İslam etiqadlı, firəng qafalı” deyə işarə etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp  “Türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli” deyə ifadə edir.  Sonradan onun bu fikrinə M.Ə.Rəsulzadə də şərik çıxır və qırmızı beşguşəli ulduzlu Azərbaycan Demokratik Respublikasının bayrağı 1918-ci il 9 noyabrda üçrəngli ay ulduzlu bayraqla əvəzlənir. Hazırda istifadə olunan bayrağın sələfi olan bayraq indiki bayraqdan yeganə fərqi ay və ulduzun ölçüsünün nisbətən böyük olmasıdır.

Azərbaycan bayrağına hörmətsizlik cinayət sayılır.

9 Noyabr tarixi Azərbaycanda bayraq günü kimi qeyd edilir.


Hazırladı: Pəri Həziyeva

Öncəki xəbərNövbəti xəbər