Sosial

“Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş festival keçirilib

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Bakı şəhərinin 242 saylı orta məktəbində “İdman Festivalı ” keçirilib. Festival “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilib.
TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

GSR.fm xəbər verir ki, ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə TOPs proqramı üzrə təlimlər həyata keçirilib. Bu metodologiya şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.
İdman Festivalında 120 nəfərə yaxın şagird iştirak etmişdir. “İdman Festivalında” şagirdlər müxtəlif idman fəaliyyətlərindən ibarət olan estafetlərdə öz bacarıqlarını nümayiş etdirmiş və musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda uşaqların çıxışlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəsmiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.
İdman festivalında dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, “Bədən Tərbiyəsi və İdman Günü”ndə məktəblilərin idmana həvəsini görmək onları qürurlandırır:
“Bu gün uşaqların yarışlarda iştirakı, TOPs metodologiyasına əsasən öyrəndiklərini həvəslə tətbiq etməsi bizim təssübkeş, sağlam gələcəyə olan inamımızı daha da artırdı. Biz çox şadıq ki, müəllimlər üçün təşkil etdiyimiz təlimlərdə təklif etdiyimiz metodologiyanı bugün əyani formada şagirdlərin fəaliyyətlərində izləyə bilirik. Bu işdə müəllimlərimizin səyini və istəyini də unutmamalıyıq. Artıq Azərbaycan məktəbləri TOPs- Böyük Britaniya təcrübəsindən faydalanır”.
Festivalda
qalib və mükafatçılara Diplom və Kuboklar təqdim edilib.
“Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019 tədris ilində TOPs proqramına əlavə olaraq 100 ümumtəhsil məktəbi qoşularaq Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-yə çatdırılmışdır. Cari tədris ilində TOPs layihəsinə yeni cəlb olunan ümumi təhsil müəssisələrindən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulmuşdur. Müasir təhsil texnologiyasının tətbiqi ilə həyata keçirilən fiziki tərbiyə fənlərindən 100,000 nəfərə yaxın şagirdin faydalanması gözlənilir.”

Öncəki xəbərNövbəti xəbər

20 şərh

  1. Write more, thats all I have to say. Literally, it seems as though
    you relied on the video to make your point.
    You obviously know what youre talking about, why throw away
    your intelligence on just posting videos to your weblog when you could be giving us something enlightening to read?

  2. Great article! That is the type of info that should be shared
    across the net. Shame on the search engines for not positioning this submit upper!
    Come on over and discuss with my site . Thank you =)

  3. Please let me know if you’re looking for a author for your blog.
    You have some really great articles and I believe I would be a good asset.
    If you ever want to take some of the load off,
    I’d absolutely love to write some content for your blog in exchange for
    a link back to mine. Please blast me an e-mail if
    interested. Many thanks!

  4. It is appropriate time to make some plans for the longer term and it is time to be
    happy. I’ve read this post and if I may just I want to counsel you
    some fascinating issues or advice. Perhaps you can write next articles referring to this article.

    I want to read more things approximately it!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.