Müsahibə, Z-Manset

“Belə görünür ki, təyyarə raketlə vurulub”

razi nurullayevDonetsk vilayətində Malayziyaya məxsus Boeing təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin göyərtəsində 295 nəfər olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.
Qəza barədə öz fikirlərini GSR.fm-lə “Region” Beynəlxalq analitik mərkəzinin rəhbəri, politoloq Razi Nurulluayev bölüşüb: “Mən hesab edirəm ki, ümumiyyətlə 295 sərnişinin bu şəkildə vurulması, öldürülməsi bəşəriyyətə qarşı cinayətdir. Əvvəlcədən Rusiyanı, Ukraynanı günahlandırmaq düzgün deyil. Tətqiqat getməlidir və tətqiqat nəticəsində kimin günahkar olduğu meydana çıxacaq. Amerika və Avropanın da açıqlamasın oxudum, onlar da tətqiqatın getməsinə yardımçı olacaqlar. Sonda hər şey aydın olacaq. Amma görünən budur ki, təyyarə raketlə vurulub. Təbii, raketlə vurulubsa, bu Rusiyanın separatçılara təmin etdiyi raket də, kiminsə səhvən atdığı raket də ola bilər. Bu faktlar açıqlanandan sonra müəyyən nəticələrə gəlmək olar”.

Politoloq Rusiya və Ukrayna arasında münasibətlərin bu hadisədən sonra ciddi şəkildə pozulacağını bildirib: “Ukrayna prezidenti Poroşenko ola bilsin ki, Ukraynanın müxtəlif bölgələrində hərbi vəziyyət elan etsin. Müharibə qanunları ilə ölkənin idarə olunduğunu elan etsin, bunun nəticəsində separatçılığa qarşı ciddi tədbirlər görsün. Ukrayna ordusu daha ciddi şəkildə Şərqi Ukraynada tədbirlər görür. Sonda isə Rusiyanın burada rolu sübut olunarsa, Rusiyanın nəinki Qərb ölkələri ilə, Cənubi Şərqi Asiya ölkələri ilə münasibətində gərginlik yaranacaq. Çünki təyyarə Malaziyaya aiddir, Malaziya sakinləri həlak olublar”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.