Müsahibə, ZZ-Manşet

“Beş dəqiqə əlavə etməklə hakim doğru etdi”

doktor ziyaÇempionlar liqasının final oyunundan sonra müzakirələr davam edir. Matç haqqında fikirlərini futbol şərhçisi Doktor Ziya GSR.fm-lə bölüşüb.

Doktor Ziya bildirib ki, qarşılaşmanın gərgin keçəcəyi gözlənilən olub: “Oyunun gərginliyi bütün ümidləri doğruldub. Gərginlik baxımından fantastik oyun idi. Azərbaycan yazısı diqqətləri cəlb edirdi. Maraq çox böyük idi. Rusiya şərhçiləri qeyd edib ki, Atletiko Madridin oyunlarına Azərbaycan və Türkiyə tərəfindən böyük maraq var. Real Madrid nəyə qadir olduğunu göstərdi. Doğrudur, Realın oyunu Atletikonun müqavimət gücü bitənə qədər tam olaraq alınmırdı. Matçın gərginliyi məhz elə bundan ibarət idi.

Şərhçi Atletikonun baş məşqçisinin hakimlərə etirazına münasibət bildirib: “Birincisi, Cüneyt Çakırın özü qərar vermir. Baş hakim işarə verdi ki, 5 dəqiqə əlavə olunsun. İkincisi isə oyunun ikinci hissəsinə ən azı iki dəqiqə yarım əlavə olunmalıydı. Qol da məhz elə iki dəqiqə yarımda vuruldu. Ən azı 5 əvəzləmə oldu. Hər əvəzləməyə görə, futbol qaydalarına görə, 30 saniyə əlavə edilməlidir. Həmçinin, Ateltiko Madrid futbolçularının yıxılaraq vaxtı uzatması baş hakimin diqqətindən yayınmadı. Məncə beş dəqiqə əlavə etməklə hakim doğru etdi”.

“Atletiko Madridin Çempionlar liqasını qazanmaq üçün gücü olsaydı onlar bir yox, iki qol vurub, üstünlüyü təmin etmək olardı. Bir qol ilə Çempionlar liqasını qazanmaq olmaz. Əvvəllər belə matçlar varıydı. 1-0 Çempionlar liqasının qalibi olmaq demək deyil. Sırf ehtiyyat skamyasının çox kiçik olması, meydanında olan ilk heyətdən üç eyni gücə sahib futbolçuların əvəz edilməsi üçün futbolçuların olmaması və Atletiko Madridin yorğunluğu məğlubiyyətin əsas səbəblərindəndir. Bu komanda bir neçə cəbhədə mübarizə aparmağa hazır deyildi. Simeonenin İspaniya çərçivəsində dahiliyi ondan ibarət idi ki, hegemonların hakimiyyətini qırdı. Digər çempionluğa gücü çatmadı” – deyə Doktor Ziya Atletikonun məğlubiyyətinin səbəblərindən danışarkən qeyd edib.

Atletiko Madridin gələn mövsümdə necə çıxış edəcəyi haqqında isə futbol şərhçisi proqnoz verib ki, Azərbaycanla olan müqavilə yenilənsə, bu Atletiko Madrid üçün maddi dəstək olacaq: “Eyni zamanda klubun futbolçularını nəhəng komandalar istəyir. Əgər futbolçular satılsa, Diego Simeonedən gələn mövsüm yox, bir sonrakı il uğur gözləmək olar”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.