GSR TV, Z-Manset

Beynəlxalq “Qunduz” müsabiqəsi “BakuTel-2014″də

[videojs youtube="https://www.youtube.com/watch?v=RKiUJM_XPds&feature=youtu.be" width="100%" height="420"]

2‑5 dekabr “BakuTel-2014” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən Azərbaycan ACM Bölməsi hər kəsi 2038 nömrəli stendə dəvət edir. Sərgi çərçivəsində məktəblilərə özlərini “Qunduz” müsabiqəsində sınamaq fürsəti verilir.

Beynəlxalq “Qunduz” müsabiqəsi proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı şagirdlər 40 dəqiqə ərzində 15 suala cavab verməlidirlər. Başlanğıcı 2004-cü ildə qoyulmuş müsabiqə hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir.

Azərbaycan ACM Bölməsi Təhsil Nazirliyinin dəstəyi ilə 1-7 dekabr tarixlərində Azərbaycanda ilk “Qunduz” həftəsini təşkil edir. Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyev müsabiqədə iştirak etmək üçün müraciət edənlərin statistikası barədə son məlumatları verib:

“1650-dən çox şagird iştirak edib. Bu hardasa təxminən 1 saat öncəyə olan statistik məlumat idi. Ümumiyyətlə mənə elə gəlir ki, bu qənaətbəxş rəqəmdir. Biz həftə ərzi üçün 1000 gözləyirdik təqribən. Artıq biz üç gün ərzində hədəfimiz aşmışıq. İnşallah ayın 8-də biz artıq nəticələri elan edəcəyik. Və bir neçə həftədən sonra təntənəli şəkildə mükafatlandırma mərasimi olacaq.”

Xatırladaq ki, müsabiqədə iştirak ödənişsizdir və maraqlananlar bebras@azerbaijan.acm.org e-poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.