Siyasət, ZZ-Manşet

“Beynəlxalq təşkilatların ikili standartlı münasibəti davam edir”

cemil-570x360“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz bütün platformalarda Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin vacibliyini dilə gətiririk”.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Moskvada keçirdiyi mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

APA-nın Moskva müxbirinin “Rusiya tərəfi ilə keçirdiyiniz görüşlərdə Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi məsələsini müzakirə etdinizmi” sualına cavabında Türkiyə parlamentinin sədri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin ürək açan olmadığını bildirib: “Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç nə edə bilmir. Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir, davam edir. Bu münaqişə başlayanda ana bətnində olan körpənin artıq 23 yaşı var. 1 milyondan artıq azərbaycanlı bu münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşüb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların bu münaqişəyə ikili standartlı münasibəti davam edir”.

C. Çiçək Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Cənubi Qafqaz regionunda təhlükəsizliyə nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb: “Bu münaqişə həll edilmədikcə Cənubi Qafqaz regionunda təhlükəsizlik riski davam edəcək. Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını azad etməlidir”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.