Bloq, P.S, ZZ-Manşet

Bəzən - Bloq

11536148_111799795823232_1038372892204233146_nBəzən tutmaq istədiyin zaman yox da,
Göz yaşların olar.
Bəzən qucaqlamaq istədiyin anan yox da,
O gizli düşmənin olar.
Hansı ki, kürəyini söykədiyin.
Bəzən getmək istədiyin evin yox da,
Tək qalacağın bir küçə,
Bəzən dərdləşmək istədiyin ərin yox da,
Küçədəki fahişə olar.
Bəzən dayandırmaq istədiyin gedən sevgilin yox da,
O göydəki günəş olar.
Bəzən dilinə ədəbsizcə söyüşlər gələr.
Demək istədiyin o kar qonşun deyil də,
Elə öz siman olar.
Bəzən yaşamaq istədiyin yer ata evi yox,
Bir quruca məzar olar.
Bəzən dinləmək istədiyin Teoman deyil də,
O səni tərk edib getmiş adam olar.
Bəzən dağıtmaq istədiyin ümidlər deyil də,
Sadəcə yatağın olar.
Bəzən yatmaq deyil də,
Sadəcə o an keçsin istəyərsən.
Acı keçməsə də olar,
O an keçsin.
Cünki bəzən təsəlliyə yox da,
Bircə “yanındayam” sözünə ehtiyacın olar.

Müəllif: Cəmilə Əhməd


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər