Müsahibə, Texnologiya, ZZ-Manşet

“Bəzi sistemlərdə problemlər yarana bilər”

elvin_ikt

Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur. Yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq  AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib.

GSR.fm olaraq, bu barədə texnologiya mütəxəssisi Elvin Hacının fikirlərini öyrəndik.

“Saat dəyişimi ilk vaxtlarda problem yaradırdı. İndi yeni bir problemin yaranmasına səbəb olacaq amma bu da qısamüddətli olacaq. Yəni il ərzində 2 dəfə olan keçid problemi həll olunacaq. Bildiyimiz kimi, beynəlxalq sistemlərdə, istər internet məkanında olsun, istər əməliyyat sistemlərində avtomatik Azərbaycan saatına uyğun olaraq, irəli ya da geriyə çəkir. Məsələ burasındadır ki, həmin sistemlərin sahibləri vaxtında xəbər tutub Azərbaycanda olan bu istisnanı nəzərə ala biləcəklərmi? Yaxud internetə bağlı olmayan sistemləri olan şirkətlər bəzi problemlər yaşayacaq. Adi hal kimi görsənsə də, bu çox böyük problemlər yarada bilir. Müəyyən hesabatların göndərilməsi, bəzi mürəkkəb sistemlərdə qarışıqlıq yarada bilər. Hələ 1999-cu ildən 2000-ci ilə keçəndə 1 rəqəminin 2 ilə vəz olunması belə böyük sistemlərdə ciddi fəsadlar yaratmışdı. İndi belə halların yaşanmaması üçün əvvəlcədən tədbirlər görmək lazımdır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.