Sosial, Xəbərlər, ZZ-Manşet

Bəzi yollar buz bağlayıb

qar

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb. GSR.fm-in  APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Bildirilir ki, bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində yerləşən Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir: “Bu səbəbdən həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda BNA sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib”.

Öncəki xəbərNövbəti xəbər