Müsahibə, Siyasət, ZZ-Manşet

“Bildiyimiz təhlükəsizlik anlayışı demək olar ki mövcud deyil”

dasdasdasda“Bizim bildiyimiz təhlükəsizlik anlayışı demək olar ki mövcud deyil”

Bu sözləri GSR.fm-ə ABŞ-da keçiriləcək Nüvə Sammitinin məqsədi barədə müsahibəsində siyasi araşdırmaçı Fuad Şahbazov deyib:

“Vaşinqtonda keçiriləcək Sammitin əsas hədəfi gündən günə daha da təhlükəli hal alan qlobal terrorizm məsələsini daha da qabartmaqdır. Bildiyimiz kimi artıq bizim bildiyimiz təhlükəsizlik anlayışı demək olar ki mövcud deyil. Ən böyük dövlətlər belə artıq öz daxilindəki terrorist qruplarla mübarizədə çox çətinlik çəkirlər. Bunun əyani sübutunu Ankara, Brüssel və Lahor hücumlarında görmək mümkün oldu. Hazırda dünyanın aparıcı güclərini narahat edən məsələ “nüvə terrorudur”. Sammitin məqsədi nüvə silahına malik olan ölkələrlə nüvə obyektlərinin mühafizəsi məsələsini nəzərədən keçirməkdir. Brüssel hücumları zamanı belçikanın nüvə reaktoru stansiyasına bir qrup terrorçunun daxil olduğu məlumatı yayıldı ki bu da tək dövlətlərə yox artıq bütün bəşəriyyəti təhlükə altına atır. vaşinqtondakı Nüvə Sammitinin də əsas məqsədi budur”.

Öncəki xəbərNövbəti xəbər