Foto, Z-Manset

“Binanın başımıza uçacağından qorxuruq”

Qaçqınların yaşadığı bu bina Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşir. Energetika pansionatı kimi tanınan binada 22 ildir məskunlaşan sakinlər hər an binanın uçacağı qorxusu ilə yaşayırlar.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 4 dəfə verilən rəyə görə, binadakı sakinlər köçürülməlidir.

Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlər üzrə  Dövlət Komitəsi 2014–cü ilin may ayında binada yaşayan 25 nəfəri Mehdiabad qəsəbəsinə  köçürsə də,  130 sakin hələ də həyatları üçün təhlükəli şəraitdə yaşayırlar.

Binada yaşayan sakinlərdən Səadət Qurbanova deyir ki, onlar 22 ildir burada məskunlaşıblar. Bina isə bir neçə ildir ki, artıq bu vəziyyətdədir: “Aprel ayından bina uçmağa başlayıb. 10 gündür isə öz evim çökür. Bit –birə, siçovuldan bezmişik. Binanın bir gün başımııza uçacağından qorxuruq”.

 

[maxgallery id=”118447″]

Hazırladı: Əfsanə Salehova

                   Bakı Dövlət Universitetinin I kurs tələbəsi

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.