Reportaj, ZZ-Manşet

“Binə bazarı əvvəlki tempdə işləmir” - Reportaj

 “5 ay bundan əvvəl vəziyyət çox yaxşı idi. O ki, rus pulu  zəiflədi, bizə də təsir etdi”.

Bu sözləri Binə Ticarət Mərkəzində kişi geyimlərinin satışı ilə məşğul olan Murad Rzayev deyir. O, əvvəlki illərə nisbətən alıcılıq qabiliyyətinin aşağı düşməsindən şikayətlənir. Satıcı bunun səbəbini manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqələndirir:

esas-sekil-bine

“Əvvəlcə Rusiyada işləyən azərbaycanlılar pul göndərirdi, onlar da gördülər ki, pul düşüb, göndərməyə dəyməz. İndi isə pul göndərmirlər. Ona görə də Azərbaycana pul gəlmir, insanlar da məcbur olub, geyim yox, yalnız ərzaq alırlar. Məzənnə dəyişdikdən sonra isə, biz istədik qiymətləri artıraq, 10% artırdıq. Lakin alıcı qüvvəsi aşağı olduğundan endirdik”.

IMG_7900

Adının çəkilməsini istəməyən alıcı isə qiymətlərin yüksək olmasından narazıdır:

“Camaatda nəsə almağa pul yoxdur. Həm alıcılar, həm satıcılar pis vəziyyətdə qalıb. Dolların da qiyməti qalxıb. Bunu xeyrini ancaq dollarla işləyənlər görür, kasıb insanlar yox. Məsələn, mən müəlliməyəm, mənim maaşım çox deyil. Ona görə vəziyyət çətindir. Bazarda isə bir neçə ildir vəziyyət pisdir, mağazaların çoxu bağlanıb. Qiymətlər də demək olar ki, şəhərlə eynidir. Hətta burada bahadır. İstədiyimizi də tapa bilmirik. Neçənci dəfədir artıq gəlirəm, amma heçnə tapa bilməmişəm.”

IMG_7893

Qadın geyimlərinin satışı ilə məşğul olan Əsgər Musayev isə deyir ki, qiymətlər şəhərə nisbətən ucuzdur. Amma o keçən il ilə müqayisədə 30% geriləmə olduğunu sözlərinə əlavə edir. Problemin səbəbini isə dolların kursunun qalxmasında görür:

“Dolların yüksəlməsindənn sonra alıcılıq qabiliyyəti itdi. Malları sata bilmirik. Bir tərəfdən də rublun qiyməti düşüb. Dağıstandan gələn müştərilər də, gələ bilmirlər. Gələndə də az mal alırlar. Bir də o tərəfdən satış düşüb”.

IMG_7888-001

Satıcının sözlərinə görə, mətbuatda Binə Ticarət Mərkəzinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan müxtəlif xəbərlər də alıcıların sayının azalmasına gətirib çıxarır:

“Mətbuatda Binə bazarının bağlanması haqqında yazılan yazılar da bazara  öz təsirini göstərir. Müştərilər gəlib deyirlər ki, bəs Binə bazarı bağlanmırdı? Əslində Binə bazarı işləyir, amma əvvəlki tempdə deyil.”

IMG_7895

 

Binə Ticarət Mərkəzində olduğumuz müddətdə mağazaların əksəriyyətinin bağlı olduğunu, bəzilərinin isə kirayə verildiyini müşahidə etdik. Satıcılar deyirlər ki, mağazalar daimi müştərilərinin hesabına hazırki vəziyyətdə bazardakı mövqelərini qoruyub saxlaya bilirlər.

IMG_7921-001

 


Hazırladı: Duyğu Qasımlı
Foto: Elçin Əliyev

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.