Müsahibə, Siyasət, ZZ-Manşet

“Bir çox məqamlar həmsədrlərə məlum deyil”

razi6ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən münaqişə zonasına səfər etməyi planlaşdırırlar, lakin səfərin dəqiq tarixi hələlik bəlli deyil. Bu barədə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. Qeyd edək ki, həmsədrlər regiona sonuncu dəfə aprelin 5-də səfər ediblər. 

GSR.fm olaraq, həmsərlərin səfəri ilə bağlı siyasi ekspert Razi Nurullayevin fikirlərini öyrəndik. Onun sözlərinə görə, Minsk Qrupunun həmsədrlərinin səfəri daha çox Azərbaycanla Ermənistan arasında informasiya mübadiləsini yerinə yetirəmək xarakteri daşıyır:

 “Minsk Qrupunun həmsədrlərinin görüşünün ciddi bir gündəm yaradacağını fikirləşmirəm. Mən düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ən çox Rusiyanın mövqeyi önəmlidir. Rusiya -da bu cəhdləri göstərir. Rusiyanın göstərdiyi təşəbbüslər var . Bəlkə də, həmsədrlər cəhd göstərirlər və bu nə vaxtsa real ola bilər. Amma bu dəfə həmsədrlər daha çox hadislərin gedişatından xəbər alacaqlar. Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan prezidentləri arasında görüşlər keçirilir və bir çox məqamlar heç həmsədrlərə də məlum deyil. Hal-hazırda Minsk Qrupunun həmsədr ölkələri ilə də razılaşdırılan varianta dəstək verib verməməsi müzakirə olunacaq”.

`

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.