Aktual

“Bir dərman dörd qiymətədir”

Himət Vəliyev:

Bayılda dörd dənə aptek var, hər aptekdə dörd dənə qiymət var. Bir dərman dörd cür qiymətədir. O necə ola bilər? Soruşursan bu deyir bir manat, o birisinə gedirsən 50 köpük (qəpik), o biri 20 köpük, biri iki manat bax belə. Kim nə istəyir onu eləyir də, baxan yoxdur.

Səbail rayon sakini Hikmət Vəliyev yaşadığı ərazidəki apteklərdə qiymətlərin fərqli olmasından şikayətlənir.

Hikmət bəy ürək ağrısından əziyyət çəkdiyi üçün tez-tez dərman qəbul etməli olduğunu bildirir. Deyir ki, qiymət fərqindən ötrü bütün aptekləri gəzib ən sərfəli qiymətə olan dərmanı tapmağa məcbur olur və həm vaxtını , həm də enerjisini yollarda itirir.

Eyni dərmanların müxtəlif apteklərdə fərqli qiymətə satılmasından şikayətlənən təkcə Hikmət bəy deyil.

Elyaz xala:

Məsəlçün mən davleniya (təzyiq) dərmanı alanda öz tərəfimizdə aptek var orda iki manat 20 qəpikdir, burada “Zəfəran”da aptekdə iki manat 50 köpükdü, ancaq eyni dərmanlardır, eyni keyfiyyətli şeylərdir. Nəyə görə bunların arasında fərq var onu mən də bilmirəm. Mən soruşuram buradan bu “Zəfəran”dan ki, deyirəm onun qiyməti axı budur, deyir bizdə belədir. Ya ucuzdur ucuz olsun birdəfəlik, ya bahadır baha olsun da.

Rəhman dayı:

Tarqovuda bu aptek var burada küncdə bu. Oradakı qiymətlərlə bu böyrək xəstəxanası var onun yanındakı qiymət arasında 30-40% qiymət fərqi var. Bunlar 30-40 % baha satırlar. Mən oradan təzyiq dərmanının adı nə idi? Amulepin almışdım. Bunlar verirlər məsələn onu doqquz manat 80 qəpiyə, orada altı manat 20 qəpikdir. Yəni bu tənzimləyən dövlət qurumu olmalıdır ki, bu qiymətlərin həddi olmalıdır.

Apteklərdə qiymətlərin sabit olmamasına səbəb nədir? Qiymətlər kim tərəfindən tənzimlənir? Suallarımıza cavab tapmağa ilk olaraq apteklərdən başladıq.

“Təbib T.M” aptekinin müdiri Sevda Məhərrəmova deyir ki, çalışdığı aptekdəki qiymətlər dərman satışı ilə məşğul olan depolardan alınan dərmanların qiymətinə əsasən müəyyənləşdirilir.

Sevda Məhərrəmova:

Qiymətin dəyişməsi bizim yəni ürəyimiz istədi də bu qiyməti qoyduq deyə deyildir. Sadəcə olaraq depolardan, dərman depolarından hansı qiymətə alırıqsa, ona əsasən də qiymətləri qoyuruq. Elə bazalar var ki, ucuz almaq imkanı olur da həmin preparatların qiyməti ucuz olur, elələri var ki də baha olur, artıq bizdən aslı olmayan səbəblərdən ona görə də biz də onları baha satırıq.

Aptek müdirinin sözlərinə görə, dərman qiymətlərinin fərqli olmasının başqa səbəbləri də  var.

Sevda Məhərrəmova:

Aptek müdiriyyətlərindən də aslıdır da. Belə deyək kimin nə qədər əlavə xərcləri var ondan da aslıdır. İşçilərdir, əmək haqqlarıdır, yer haqqıdır və.s bundan da aslı olaraq dəyişir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə radiomuza verdiyi müsahibəsində bildirir ki,  hazırda bazarın bu seqmentində böyük problemlər yaşanır. Buna səbəbi isə dərman bazarında inhisarın olmasıdır.

Eyyub Hüseynov:

Bir böyük dərman distirubuteri özünə məxsus apteklərdə müəyyən aşağı qiymət qoyur, başqa yerlərdə isə iki qat artıq qiymət qoyur. Eyni bir dərmanın qiymətləri arasında ölkədə  təxminən eləsi var ki, 100%- 200% bir-birindən fərqlənir. Bu sahədə çox böyük hərc-mərclik var. İstehlakçıların böyük narazılığı var.

İstər paytaxtda, istərsə də regionlarda kifayət qədər çox aptekin fəaliyyət göstərdiyini bildirən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev apteklərdə qiymətlərin fərqli olmasına baxmayaraq bu sahədə alıcıların seçim imkanlarının çox olduğunu qeyd edir.eyni zamanda bildirir ki:

Abbas Əliyev:

Apteklərdə dərman satışı dövlət tərəfindən tənzimlənən fəaliyyət sahəsi deyil və kifayət qədər rəqabət mühitinin formalaşdığı bazardır. Müxtəlif apteklərdə eyni adlı dərmanların müxtəlif qiymətlərə satılması qanuna zidd hərərkət deyil. Bundan başqa istehlakçıların kifayət qədər bazarda seçim imkanları yaradılıb. Yəni burada hər hansı inhisarçılıqdan danışmaq yersiz olardı.

“Bu gün dərman preparatlarının demək olar ki, 90%-i ölkəyə xaricdən gətirilir. Həmin məhsulu ölkəyə gətirən inhisarçı şirkət isə qiymətləri özü müəyyənləşdirir”. Bu sözləri bizə iqtisadçı ekspert Samir Əliyev deyir.

Samir Əliyev:

Məsələ ondan ibarətdir ki monopoloya, inhisar olmadıqda dərmanların qiyməti fərqli olmaqla yanaşı həm də ucuzluğa meyilli olur, amma Azərbaycanda biz bunu müşahidə etmirik. Dünyada həmin məhsulun qiyməti ucuzlaşdıqda Azərbaycana bu təsir etmir, amma dünyada bahalandıqda həmin məhsul (istər dərman olsun, istər digər məhsullar) Azərbaycana təsir göstərir. Bu inhisarın əlamətidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə eyni ölkə istehsalı, eyni ölçülü dərman preparatlarının müxtəlif apteklərdə fərqli qiymətlərə satılmasının səbəbini belə izah edir:

Anar Qədirli:

Müəssisələrin , apteklərin qiymət siyasətidir. Yəni arendasından aslı ola bilər , neçəyə alıbsa istehsalçıdan ondan aslı ola bilər. Bazar iqtisadiyyatı tənzimləyir bu məsələni. Səhiyyə Nazirliyi bir dövlət qurumu olaraq bu səlahiyyətdə deyil ki, o qiymət siyasətinə təsir göstərə bilsin.

Amma, Anar müəllim onu da qeyd edir ki, gələcəkdə dərman vasitələrinin vahid bir qiymətlə satılması nəzərdə tutulur və hazırda bu məsələ ilə bağlı hazırlıq mərhələsi gedir. Onun sözlərinə görə, yaxın vaxtlarda vahid qiymətin tətbiqi üçün İqtisadi İnkişaf Nazirliyi və Səhiyyə Nazirliyi arasında danışıqlar aparılır.

Samir Əliyev isə vahid qiymət siyasətinin alıcı kimi onu qane etdiyini desə də, ekspert kimi bu halı effektiv hesab etmədiyini bildirir. Onun fikrincə bu halda yeganə qazanan tərəf inhisarçı şirkətlər və onların əlində olan apteklər olacaq. Belə ki, inhisarçı şirkət özünə tabe etdiyi apteklərdə dərmanı ucuz qiymətə satacaq, digər kiçik apteklər isə sıxışdırılaraq bazardan çıxarılacaq.

Samir Əliyev:

İstənilən məhdudiyyət ilk növbədə kiçik apteklərin sıradan çıxarılmasına gətirib çıxaracaq. Standart qiymət o aptekə sərf edəcək ki, o böyük bir şəbəkədir. Böyük çeşidli dərman satan apteklər üçün qiymətin aşağı salınmasının elə bir zərəri olmayacaq. Hər dərmandan müəyyən məbləğ qazanacaq, apteki saxlaya biləcək, amma məhdud sayda dərman satan apteklər üçün bu problem yaradacaq.

Öncəki xəbərNövbəti xəbər

14 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com
  3. First of all I would like to say excellent blog!

    I had a quick question which I’d like to ask if you do not mind.
    I was interested to find out how you center yourself and clear your head prior to writing.
    I have had difficulty clearing my mind in getting my thoughts out.
    I do take pleasure in writing but it just seems like the first 10 to 15 minutes are wasted just
    trying to figure out how to begin. Any suggestions or hints?
    Cheers!

  4. Geri izləmə: cost of viagra 100mg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.