Düşər-Düşməz

“Bir gün insanlar narıncı parik taxır”

Bu həftə Aidə Səlimin təqdimatında dinlədiyiniz “Düşər-Düşməz” verilişində Hollandiya və onun adətləri haqqında danışıldı.
Hollandlar üçün yeganə bağışlanmaz hərəkət kiminsə ad gününü unutmaqdır. Elə buna görə də mütləq hər bir hollandın evində divarda yaxın insanların və dostların ad günü işarələnmiş təqvim asılır. Biz də bu efirdə dinləyicilərdən soruşduq: “Sizə qarşı edilən hansı hərəkəti heç vaxt bağışlamazsınız?”
Veriliş ərzində müxtəlif holland adətləri, musiqiləri və dinləyici şərhləri səsləndirildi. “Uğura gedən yol” rubrikasında isə filosof Benedik Spinozanın uğur prinsipləri haqqında danışıldı.
Öncəki xəbərNövbəti xəbər