Aktual

Dünyaya körpə gətirmək neçəyədir?

Azərbaycanda Korrupsiyaya qarşı mübarizənin mövcud olduğu vaxtda maraqlıdır Azərbaycanda bir körpənin dünyaya göz açması neçəyə  başa gəlir? Müsahiblərimizin fikrincə Əvvəllər dünyaya uşaq gətirmək üçün doğum evinə gedənin cibində 50 manatın olması kifayət edirdisə, bu gün valideyn olmaq istəyənlərin xərci min manatla ölçülür. Valideynlərlə söhbət zamanı bəlli oldu ki, hamiləlik dövründən tutmuş uşaq dünyaya gələnə qədər onlar xeyli “tərləməli” olurlar.

Apardığımız sorğu zamanı qarşımıza bir nəfər də çıxmadı ki, Azərbaycanda pulsuz doğum etdiyini desin.

Müsahibimiz Sevinc bu yaxınlarda ana olub. Onun sözlərinə görə, xəstəxanada hər addımı pul ilə ölçülürdü, orda həkimlərdən tutmuş, otağı yığışdıranlara qədər hamı pul istəyirdi.

Sevinc:

–       Nə qədər pul çıxıb?

–       350

–       350 manata nələr daxil idi?

–       Orda bələyənlər, süpürgəçi, setkani daşıyan…….

Bağırovlar ailəsinin isə doğum üçün təxminən 400-500 manat  xərci çıxıb. Rasim Bağırov deyir ki, xəstəxanada heç bir xidmətdən danışmaq olmazdı.

Rasim Bağırov:

–       O qədər xərcimiz şıxdı ki, 3 ver, 5 ver. ………..Gətirdiyimiz çörəyi belə qapıdan pul almamış yuxarı buraxmırdılar” .

Adının çəkilməsini istəməyən müsahibimiz Azərbaycandakı  qiymətlərdən  məmnun qalmadığı üçün övladını Rusiyada dünyaya gətirib. Onun sözlərinə görə, orada hər hansı bir problemlə üzləşməyib.

       Mən Rusiyada doğum keçirdim. Hər şey çox yaxşıydı. Və bütün xidmətlərdən razı qaldım.

Xatırladaq ki, ölkədə, eləcə də paytaxt Bakıda bütün dövlət səhiyyə obyektlərində, o cümlədən doğum evlərində xidmət pulsuzdur.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.