Bloq, P.S, ZZ-Manşet

Biri olsa da kaş… - Bloq

aideBiri olsa da kaş…

Saatlarla danışsam.

Yaşadıqlarımı, hisslərimi bölüşsəm, məsələn,

Elə hey danışsam, danışsam, bir “SON”a gəldiyimi desəm,

Yalandan təbəssüm etməsəm, məsələn.

Gözlərimdəki həsrəti duysa…duysa da anlasa, məsələn.

Biri olsa da kaş…

Zamanın necə sürətlə keçdiyini anlatsam,

Artıq böyüdüyümün fərqində olduğumu desəm, məsələn.

Daha əvvəlki kimi olmadığımı, ola bilməyəcimi söyləsəm,

Söyləsəm də duysa…duysa da anlasa, məsələn.

Biri olsa da kaş…

Uşaqlıq xatirəm kimi qalacağını bildirsəm, məsələn,

Dünyanın ağ-qaradan mövcudluğunu desəm.

Həsrətimin sevgimdən böyük olduğunu hiss etsə,

Yaşadıqlarımı duysa…duysa da anlasa, məsələn.

Biri olsa da kaş…

Məni xəyal dünyamdan ayırmağa çalışsa, məsələn.

Hər şeyin asan olmayacağını başa salsa.

Bir “SON”a gəldiyimi desəm, ağlasam,

“SON”un isə hələ gəlmədiyini desə, məsələn.

Bərabər “son”a gedəcəyimizi duysa…duysa da anlasa, məsələn.

Biri olsa da kaş…

Müəllif: Aidə Səlim


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə məsuliyyət daşımır

Öncəki xəbərNövbəti xəbər