Texnologiya, ZZ-Manşet

“BlackBerry” smartfon istehsalından imtina edib

blackberryKanadanın “BlackBerry” şirkəti smartfon istehsalının dayandırılmasını elan edərək xidmət və proqram təminatının yaradılması ilə məşğul olmağa qərar verib.

“Biz öz strategiyamızda dönüş anına yaxınlaşırıq, maliyyə əsaslarımız güclüdür və proqram təminatı ilə məşğul olmağa qərar vermişik” – “BlackBerry” şirkətinin baş direktoru Con Çen deyib.

GSR.fm ICTnews-a istinadən yazır ki, baş direktorun sözlərinə görə, şirkət bu tədbirlər sayəsində kapitala olan tələbi azaltmağı və investisiyalardan gəlir əldə edilməsini yüksəltməyi nəzərdə tutur.

“BlackBerry” brendinə məxsus smartfonlar bazarda mövcud olacaq, amma şirkət bu qurğuları özü hazırlamayacaq.

Öncəki xəbərNövbəti xəbər