İqtisadiyyat, ZZ-Manşet

“Böhrandan yalnız Azərbaycan yayına biləcək”

avropa bankıAvropada iqtisadi böhrandan növbəti dəfə yayına biləcək ölkə ancaq Azərbaycan olacaq.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesabatında bildirilir.

GSR.fm APA-ya istinadən xəbər verir ki, AYİB-in hesabatına görə, 2014-cü ildə Azərbaycanda iqtisadiyyatın artımı 3,5%-dən, 2015-ci ildə isə 3%-dən az olmayacaq. Bankın hesablamalarına görə, bu ilin sonuna Ukrayna iqtisadiyyatı 7% azalacaq, gələn il isə ölkə iqtisadiyyatının artımı ən yaxşı halda sıfıra bərabər olacaq.

Qeyd edək ki, Ukrayna Avropa qitəsində yeganə ölkədir ki, 20 il ərzində iqtisadi artımı sıfıra bərabər olub. Bank bildirir ki, bu il Rusiya iqtisadiyyatının artımı da sıfıra bərabər olacaq. Yalnız gələn il Rusiyanın iqtisadiyyatında 0,8%-lik artım baş verə bilər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.