Sosial, Xəbərlər, ZZ-Manşet

Bolqarıstanda niqab qadağan edilib

1297750441253_ORIGINAL

Bolqarıstan türkləri üzlərini bağlamasalar da, daha azsaylı mühafizəkar müsəlmanlar ictimai yerlərdə üzlərini bağlayır.

GSR.fm-in Milli.Az-a istinadən verdiyi məlumata görə, Bolqarıstan parlamenti qadınlara ictimai yerlərdə üzlərini bağlamağı qadağan edən qanun layihəsini qəbul edib.
İctimai yerlərdə niqab və ya burka geyinən qadınlar 100 dollara yaxın cərimə olunacaq. Eyni məsələyə görə ikinci cərimənin məbləği bir qədər çoxdur. Cərimənin ən yüksək həddi təxminən 800 dollardır.

Qanunvericiliyə əsasən ictimai yerlərdə “üzü yarı və ya tam örtən istənilən geyim” qadağan olunur. Parlamentdə müzakirələr zamanı ölkədə türk cəmiyyətinin maraqlarını qoruyan Hüquqlar və Azadlıqlar uğrunda Hərəkat partiyası yeni qanuna qarşı çıxış edərək onun dini ayrı-seçkilik yaratdığını deyib.

Türklər Bolqarıstan əhalisinin 13 faizini təşkil edir və ölkənin ən böyük müsəlman icması hesab edilirlər. Bolqarıstan türkləri üzlərini bağlamasalar da, daha azsaylı mühafizəkar müsəlmanlar ictimai yerlərdə üzlərini bağlayır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.