Maraqlı, ZZ-Manşet

“Bombalar atılarkən qaçmaqdan başqa çarə yoxdur”

[videojs youtube="https://www.youtube.com/watch?time_continue=18&v=xS-Q2sgNjl8" width="100%" height="420"]

“Game of Thrones” (“Taxt oyunları”) serialının aktyoru Con Snou dünyadakı 65 milyondan çox məcburi köçkünə dəstək üçün hazırlanan layihədə iştirak edib.

GSR.fm Axşam.az-a istinadən xəbər verir ki, Keyt Blanşet, Keyra Naytli, Kit Harinqton, Culyet Stevenson, Peter Kapaldi, Stenli Tucci, Çivetel Eyofor, Duqlas Bus, Yesse Eysenberq və Neyl Qeyman kimi Hollivud ulduzları da öz dəstəklərini nümayiş etdiriblər.

Layihədə aktyorlar “Bombalar atılarkən qaçmaqdan başqa çarə yoxdur. Siz yanınızda nə götürərdiniz?” sualını cavablandırıblar.

Onlar “Məcburi köçkünlərin keçmişini xatırladan ölkə bayrağı və ev açarını yanımızda götürərdik” deyiblər.

Qeyd edək ki, sosial çarx BMT-nin Ali Komissarlığı tərəfindən hazırlanıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.