Siyasət, ZZ-Manşet

Britaniyanın Ankaradakı səfirliyi işini dayandırıb

ankaraBöyük Britaniyanın Ankaradakı səfirliyi təhlükəsizlik baxımından sentyabrın 16-da fəaliyyət göstərməyəcək.

GSR.fm APA-ya itinadən xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilir. Digər təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, Böyük Britaniyanın Ankaradakı səfirliyi Türkiyədə Qurban bayramı günlərində (12-15 sentyabr) işini dayandırmış əksər səfirliklər kimi sentyabrın 16-da fəaliyyətini bərpa etməli idi.

Bundan əvvəl mətbuatda Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin təhlükəsizlik baxımından həftənin sonunadək fəaliyyətini dayandıracağı barədə məlumat yayılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.