Sosial, Xəbərlər, ZZ-Manşet

Bu gün Ay tutulması baş verəcək

ay-tutulmasi-ne-zaman-olur-ay-tutulmasi-nedir-1455618918

Bu gün 2016-cı ilin növbəti Ay tutulması hadisəsi baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov  açıqlamasında deyib ki, saat 20:57-də başlanacaq hadisə 22:55-də maksimum həddə olacaq, saat 00:54-də isə başa çatacaq. GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, X.Mikayılov bildirib ki, bu da yarım kölgəvari ay tutulmasıdır: “Azərbaycanda da bu tutulmanı qismən də olsa müşahidə etmək mümkün olacaq. Lakin bu da kölgəvari tutulma olduğuna görə adi gözlə müşahidə etmək çox çətin olacaq. Sadəcə, diqqətlə baxdıqda, xüsusi cihazlarla izlədikdə Ayın işığının qismən zəiflədiyi görünəcək. Rusiyada, Avropada bunu müşahidə etmək mümkün olacaq”.

Qeyd edək ki, bu ilin ilk Ay tutulması hadisəsi martın 23-də qeydə alınıb. Saat 13:42-də başlayan hadisənin maksimumu 15:48-də olub, 17:54-də isə başa çatıb. Bu tutulma Sakit Okeanda, Asiyada, Avstraliyada, Meksikada, Cənubi Amerika və Antraktidada müşahidə olunub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.