Siyasət, Xəbərlər, ZZ-Manşet

“Bu gün Suriya məsələsi qabardılır”

5847812b51b14c2c21d4ac195699958e

ATƏT-in Berlində keçirilən “Tolerantlıq və müxtəliflik” adlı beynəlxalq konfransında Ukraynanın və Azərbaycanın məruz qaldığı təcavüz məsələsi qaldırılıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, ATƏT-in hazırkı sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin, o cümlədən 57 ölkənin rəsmilərinin iştirak etdiyi konfransda çıxış edən UMA rəhbəri Rövşən Tağıyev bu problemlərlə bağlı narahatlığını bildirib.

R. Tağıyev qeyd edib ki, yaşadığı Ukraynada və tarixi vətəni olan Azərbaycanda faktiki olaraq münaqişə problemi yaşanır və uzun zaman keçməsinə baxmayaraq bununla məşğul olan ATƏT hələ də bir nəticə əldə edə bilmir: “Bu gün Suriya məsələsi qabardılır və narahatlıq ifadə olunur. Amma nədənsə son illər Ukraynanın şərqində baş verən münaqişə nəticəsində qaçqın düşən milyonlarla insanın taleyi yaddan çıxıb. Niyə? Mənim tarixi vətənim Azərbaycanda 25 illik müstəqilliyini, dünya birliyinə 25 illik müstəqil üzvlüyünü qeyd edir. Amma eyni müddətdə təcavüzə məruz qalma yaşını qeyd edir”.

R. Tağıyev Frank-Valter Ştaynmayerlə təkbətək görüşündə də Ukraynada yaşayan millətlər adından ATƏT-in regionda baş verən münaqişələrə aktiv olması ilə bağlı çağırışı təqdim edib.

Konfransda qəbul olunan anti-diskriminasiya ilə bağlı sənədlərdə R. Tağıyevin bir neçə təklifi də əks olunub.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.