Müsahibə, Texnologiya, ZZ-Manşet

“Bu milli təhlükəsizlik üçün ciddi təhdiddir”

osmanAzərbaycanın bəzi dövlət qurumlarının internet saytlarının fəaliyyətində problemlər müşahidə olunur.

Bu barədə GSR.fm-ə müsahibə verən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu sahədə problemlərin olduğunu bildirib:

“Baş verən hadisələr göstərir ki, bu sahədə problemlər var. Son dövrlərdə bu kimi probləmlər bir neçə dəfə olub. Son 5 ildə bu sahədə inkişaf irəliyə doğrudur. Həm dövlət, həm də qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı müəyyən addımlar atıldı. Cavabdeh dövlət qurumları müəyyən olundu. Dövlətdə Xüsusi Dövlət Mühazifəsi Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, qeyri-dövlət sektorunda bu sahəyə cavabdeh Rabitə və Yüksək Texnologiya nazirliyi yanında elektron təhlükəsizliyi mərkəzi yarandı. Bu 2 qurum yaradıldı, onların əsasnamələri, ştatları təstiq olundu, resursları, regionları, qaynar xəttləri bilindi. Bu pozitiv addımlardan biridir. Eyni zamanda dövlət sektorunda dövlətin internet resursları, standartları müəyyən olundu. Lakin baş verənlər göstərir ki, bütün bunlar yetərli deyil. Birdən-birə 3-4 saat ərzində bütün dövlət qurumlarının saytının əlçatan olmaması, bu Azərbaycan üçün, yerləşdiyimiz geosiyasi ərazi üçün, müharibə şaraitində bir ölkə üçün kifayət qədər ciddi hadisədir. Milli təhlükəsizlik üçün bu ciddi təhdiddir”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.