Magazine, ZZ-Manşet

Bu payızın ayaqqabı dəbi

loferHamar dəri barədə unudun, məxmər və qeyri-adi fakturalı zamşa ayaqqabılara sərmayə yatırın.

Yağışlı havalar başladığına görə, tufli alış-verişi barədə düşünməyin vaxtıdır. Əlbəttə ki, mövsümün dəb tendensiyalarını mütləq nəzərə almaq lazımdır.

GSR.fm Publika.az-a istinadən xəbər verir ki, yeni mövsümün əsas ayaqqabı trendi qalın dabanlı loferlər olacaq. Bu modellər qalın dabanı sayəsində həm ofis, həm romantik görüşlər, həm də qonaqlıqlar üçün hədsiz əlverişli və rahatdır.

İstər bahalı, istər də demokratik brendlərin  kolleksiyaları belə modellərlə boldur. Onlar arasında ən şən fakturaları və cəsarətli rəngləri seçməyə çəkinməyin. Qırmızı, sarı, çəhrayı, firuzəyi və ya qara məxmər loferlər istənilən rəngdə paltarı dəbdəbəli göstərəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.