Müsahibə, Sosial, Xəbərlər, ZZ-Manşet

“Bu qanun problemlərə səbəb ola bilər”

xestexana

Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək. Bu qanun Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.

Bu barədə GSR.fm-ə müsahibə verən tibbi ekspert Adil Qeybulla bildirib ki, bu qərar maddi vəziyyəti ağır olan insanlar tərəfindən narazılığın artmasına səbəb ola bilər:

“İcbari tibb siğortası kimi əhalinin sosial müdafiə forması olan səhiyyə xidməti mütləq olmalıdır. Məhz güc bu istiqamətə verilməlidir. Dövlət və bələdiyyə sektorunda pullu xidmətin ümumi şəxsə, yəni vergi ödəyicisinə tətbiq edilməsi əhalinin ağırlaşan durumunda problemlərə gətirib çıxara bilər. Böyük Britaniyanı  95%-dən çox dövlət xəstəxanaları təşkil edir. Bu artıq sınanmış bir təcrübədir və düşünürəm ki, Azərbaycanda da əksər dövlət  xəstəxanalarının müasir texniki-bazasının möhkəmləndirilməsi, tibb işçilərinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər görməklə tibbi xidmətin keyfiyyətini də artıra bilərlər. Yəni bu üsul daha məhsuldardır. Onsuz da pulsuz xidmətdən istifadə edən əhalinin durumunun ağır olması sosial narazılığı artırır. Hər halda dövlət müəssisələri bunun fərqində olmalıdır”.

Ekspert həmçinin, gələcəkdə bütün xidmətlərin dövlət xəstəxanasında pullu olacağı halda vəziyyətin daha da ağırlaşacağını söyləyib:

“ Bu təcrübə Azərbaycanda daha əvvəl olub. Bu təsərrüfat xarakterli bir xidmət idi və o qədər də ürəkaçan nəticələr əldə edilmədiyinə görə daha sonra bu xidmət ləğv olundu və dövlət pulsuz xidmətə keçdi”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.