Siyasət, Xəbərdar, ZZ-Manşet

“Bu qəza deyil, terror aktıdır”

porosenko-570x360Ukraynanın prezidenti Pyotr Poroşenko Donetsk vilayətində Malayziyaya məxsus təyyarənin qəzaya uğramasını terror aktı kimi qiymətləndirib.

GSR.fm-in APA-ya  istinadən verdiyi xəbərə görə, bunu Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko bəyan edib.

“Prezident vurulmuş təyyarə barəsində belə deyib: bu qəza və yaxud bədbəxt hadisə deyil, terror aktıdır”, – deyə Tseqolko bildirib.

Xatırladaq ki, bu gün Donetsk vilayətində Malayziyaya məxsus “Boeing” – 777 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 295 nəfərin ölüb. Ukrayna hökuməti və separatçılar bir-birlərini təyyarənin vurulmasında günahlandırırlar.

 

 

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.