Müsahibə, Sosial, ZZ-Manşet

“Bu sahədə layihələrimizi davam etirəcəyik”

aydin“Bu gün Azərbaycan elə bir bölgədə məskunlaşıb ki, burada müxtəlif generasiyaların, mədəniyyətlərin, bu və digər dərəcədə dünyanın ən böyük dinlərinin xüsusi təsiri indiyə qədər hiss olunmaqdadır. Bu da Azərbaycanda çox maraqlı bir multikultiral mühitin yaranmasına səbəb olub”.

Bu sözləri Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı, kulturoloq Aydın Xan Əbilov GSR.fm-ə İctimai Nəzarət Koalisiyasının fəal üzv təşkilatı sayılan Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) Suraxanıda – Dədə Qorqud massivində: 315 saylı məktəbdə multikulturalizm tədbirləri haqqında danışarkən deyib.

“Bu mühitin özəlliyi ondadır ki, müxtəlif mədəniyyətlərin, xalqların, millətlərin, etnik qrupların dünya görüşləri, fəlsəfəsi, ədəbiyyatı, musiqisi və digər incəsənət növləri Azərbaycanda rahatca həzm olunur, insanlarımız tərəfindən rahat qəbul olunur və həta ondan müxtəlif yeni sənət əsərləri yaranır. Məsələn, Üzeyir Hacıbəyovun məşhur operalarını götürək. Bilirik ki, klassik, Avropa bəstəkarlıq musiqisi əsasında yaradılmış əsərlərdir lakin özündə muğamı, operanı əks etdirir. Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə bərpa edəndən sonra bir müddət ideoloji boşluq yarandı. Bu boşluğu məhz Heydər Əliyevin “azərbaycançılıq” ideyası doldurdu. Bu ideologiya müxtəlif sivilizasiya və dini baxışlara malik insanları “azərbaycançılıq” ideologiyası ətrafında birləşdirməyə səy göstərirdi. Azərbaycançılığın özü də ötəri xalqların mədəniyyətlərindən ibarət olan bir mədəniyyət forması, kultural bir format idi. Zaman keçdikcə, dünyada da yeni dəyərlər yarandıqca “azərbaycancançılıq”ın özünün yeni mərhələsi olan multikulturalizm və tolerantlıq, o cümlədən dini tolerantlıq, sivilizasiya arası dialoq, dinlər arası münasibətlərlə bağlı multikultural ideologiya yarandı. Multikulturalizmin Azərbaycan  variantı bunların hamısını özündə birləşdirir” – deyə Aydın Xan Əbilov əlavə edib.

Aydın Xan Əbilov keçirilən layihələr haqqında da danışıb. O, həmçinin,  bundan sonra da bu sahədə layihələri davam etirəcəklərini bildirib:

Biz “Yeni yazarlar və bələdçilər” qurumu olaraq bu hadisələrlə bağlı iki layihə həyata keçiririk.  Layihələrdən biri “Gənclər virtual multikulturalizm mərkəzi”, digəri isə dini tolerantlıq ilə bağlı mövzulara həsr olunub.   “Gənclər virtual multikulturalizm mərkəzi” Prezident yanında Gənclər Fondu tərəfindən maliyələşdirilib. Dini etiqad ilə bağlı layihə isə Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurası tərəfindən maliyələşdirilib. Hər iki layihə çərçivəsində biz 15-dən çox orta məktəb, kitabxana və müxtəlif təşkilatlarda görüş təşkil etdik. Bu görüşlər zamanı kitabxananın portalında yüzə yaxın multikuluturalizm , dini dəyərlər, müxtəlif dinlərin səmavi kitablarının Azərbaycan dilində variantını təqdim etdik. Həm dəyirmi masalar, həm də sərgilər keçirdik. Ən sonuncu tədribimiz isə Suraxanıda, Dədə Qorqud yaşayış massivindəki 315 nömrəli məktəbdə baş tutdu. Bura dəyirmi masa, elmi konfrans, müxtəlif etnik qrupların adətlərinə aid kitab, mətbəx sərgisi keçirdik. Bundan sonra da bu sahədə layihələrimizi davam etirəcəyik. Biz yalnız məktəblər, kitabxanalar, müxtəlif qurumlarda tədbirlər yox, həm də respublikanın bölgələrində olan telekanallar, İnternet portalları, radio kanallar vasitəsilə multikulturalizm və dini tolerantlıq barədə maraqlı görüşlər keçirdik. Artıq insanlar etnik, dini, irqi və milli ayrıseçkiliyə görə yox, bir birindən təsirlənərək münasibətlər yaradırlar. Bu da çox sevindiricidir. Azərbaycanda qədim dövrdən indiyə qədər heç bir etnik, dini ayrıseçkilik olmadan müxəlif xalqlar birlikdə yaşayıb. Müxtəlif xalqların inteqrasiyası zamanı istər istəməz maraqlı, multikultural bir mühit yaranır.  Biz çox az sayda bele ölkələr görürük. Hətta inkişaf etmiş Avropa ölkələrində çox az sayda belə ölkələr var ki, müxtəlif dini, irqi, etnik qruplar bir yerdə yaşaya bilirlər”.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: naltrexone brand name

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.