Sosial, ZZ-Manşet

Bulvarda saqqız təmizləyən briqada yaradılıb

bulvar7-570x360Bulvarda sakinlərin atdığı saqqızları təmizləmək üçün xüsusi briqada yaradılıb.

GSR.fm-in Oxu.Az-a istinadən verdiyi xəbərə görə,  bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, sakinlərin bulvarda ən çox yerə atdığı zibillərdən biri saqqızdır.

“Bu saqqızları toplamaq, onların yerini təmizləmək üçün Dənizkənarı Bulvar İdarəsində xüsusi briqada yaradılıb. Bu briqadanın işi saqqızları yığmaqdır. Çünki yerə atılan saqqızlar bulvara istirahətə gələn sakinlərin ayaqqabılarına və yerə yapışır. Saqqız yerə yapışdığı üçün onu qoparmaq çətin olur. Buna görə də xüsusi cihazlardan istifadə edirik”, – deyə N.Məcidov bildirib.

Nazim Məcidov sakinləri təmizliyə riayət etməyə çağırıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.