Siyasət, ZZ-Manşet

“Bunlar ciddi ictimai narazılığın baş verməməsi üçündür”

azerh-jpeg

İyulun 17-də  Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına silahlı qrup tərəfindən hücum edilib.

Bununla bağlı siyasi ekspert Azər Həsrət fikirlərini GSR.fm-lə bölüşüb. Onun sözlərinə görə Ermənistanda tez-tez nümayişlərin keçirilməsi demokratiyanın olması ilə əlaqədar  deyil:

“Bütün bunlar əslində Ermənistanda klan davasının təzahürləridir. Orada bir Qarabağ klanı var. Təbiidir ki, bütün Ermənistan əhalisi Qarabağ klanından əziyyət çəkir. Onlarda korrupsioner bir rejimdir. Normal düşünən erməni insanı da, o rejimin altında inləməkdədir. Bütün bunların etirazlara çevrilməsinin qarşısını almaq üçün onların siyasi qüvvələri öz aralarında koordinasiya edilmiş etiraz hərakatlarına səbəb verirlər. Əslinə qalanda Ermənistanın davamlı olaraq etiraz aksiyalarının olması demokratiya təzahürü deyil. Sadəcə olaraq, orada hakimiyyət və müxalifət dedikləri qüvvələri pərdə arxasında razılaşdırdıqları ictimai narazılıqları yatırmaq, insanların emosiyalarını cilovlamaq üçün atılan addımlardır. Bəzən də bu, parlamentin gülləbaran edilməsi ilə nəticələnir. Yaxud da indiki kimi polis idarəsinə basqın edilməsi, küçədə nümayişçilərin döyülməsi ilə özünü göstərir. Başqa bir məqamda bu jurnalistin başına qumbara atılır. Bütün bunlar ona hesablanıb ki, ciddi erməni ictimai narazılığı baş verməsin”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.