Maraqlı, ZZ-Manşet

Burada çarşabı kişilər geyinir

carsab2Şimali Afrikada məskunlaşan Təvariqlər tayfası öz qeyri-adi ənənələri ilə tanınır.

GSR.fm Axşam.az-a istinadən xəbər verir ki, bu icma müsəlman olmasına rəğmən, İslam dünyasını təəccübləndirən adətlərə malikdir. Bu sivilizasiyanın əsas xüsusiyyətlərindən biri, qadınların cəmiyyətdə tutduqları mövqedir.

Bərbərilərin bir qolu olan Təvariqlərin əhalisi 1 milyon nəfərdən çoxdur. Burkino-Faso, Əl-Cəzair, Liviya və Nigeriya arasında yerləşən geniş səhrada yaşayırlar. Əsasən köçəri həyat tərzi sürən icma nəqliyyat vasitəsi kimi dəvədən, yaşayış yeri kimi isə çadırlardan istifadə edir. Müsəlman olsalar da, qadınların hökmran olduqları mədəniyyətləri var.

carsab3

Təvariqlərdə ailə başçısı qadın sayılır. Onlar ərə gedənədək istədikləri qədər sevgililəri ola bilər. Gənc oğlan bir qızın çadırına gecə, qaranlıqda, heç kimə görünmədən girməli, səhər hava işıqlanmazdan öncə oradan çıxmalıdır. Çadırlar və heyvanlar zərif cinsin nümayəndələrinə məxsusdur.

İrs atadan yox, anadan keçir. Qadınlar ərə getdikdən sonra da heç bir hüquqlarını itirmirlər. Boşanmaq istəyərkən isə bunu sərbəst şəkildə edirlər. Boşanma zamanı mal-mülk qadında qalır. Ayrılan kişi dəvəsinə minib anasının evinə qayıdır.

carsab

 

Ailələr boşanan qızları üçün şənliklər hazırlayırlar. Bununla da, övladlarının yeni ailə həyatı üçün hazır olduqlarını elan edirlər. Təvariqlərdə qadınlar yox, kişilər çarşab geyinir.

Güclü cinsin nümayəndələri qadınların, yadların və qohum olduqları şəxslərin yanında üzlərinə mavi niqab taxırlar.

carsab4

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.