Reportaj, ZZ-Manşet

“Bütün çimərliklər sanitar gigiyena normalarına cavab verməlidir” - Reportaj

IMG_0311Artıq çimərlik mövsümü yaxınlaşır. Yayın istisində sərinləmək üçün insanların çoxu çimərliklərə üz tuturlar. Bəzilərini düşündürən sual isə çimərliklərin təmizlik vəziyyətinin necə  olmasıdır. Elə biz də ilk olaraq şəhər sakinlərinin özündən soruşduq ki, onlar çimərliyin təmizliyini qorumaq üçün nə edirlər:

Aqşin Əsgərov: Mən həmişə dənizə gedəndə mütləq özümlə əlavə sellofanlar götürürəm və bütün zibilləri onun içərisinə yığıram. Bu mənim üçün bir şərtdir. Çox vaxt zibil yığdığım sellofanları özümlə götürüb, maşına qoyub geri gətirirəm. Maşınsız olanda isə deyək ki, avtobusla və ya qatarla gedəndə ən azı çimərlikdə küncə qoyuram ki, oralar çirklənməsin.

Lalə Səfərli: Çimərliyə gedəndə apardıqlarımızı özümüzlə qaytarmağa çalışırıq. Əgər zibil qabı varsa, oraya atırıq, yoxsa da özümüzlə gətiririk. Atam bu mövzularda çox həssasdır.

Məhəbbət İsgəndərova: Əlbətdəki orda zibil yeşikləri var, nəsə  zibil olanda ora tullayıram. Ancaq dənizlərimizdə təmizlik qalmıyıb, insanlar yeyirlər elə oralara tökürlər. Qumun üstünə baxırsan ki, qarpız ya da yedikləri hər şeyin qabığı yerdədir.

IMG_0275

Respublikada çimərliklərin təmizliyinə nəzarət edən Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, pullu və ya pulsuz olmasından asılı olmayaraq bütün çimərliklər sanitar gigiyena normalarına cavab verməlidir:

“Bu il də biz mövsümlə əlaqədar olaraq, artıq təmiz suyun tədqiqatını, Laboratoriya institutunda müayinəsini başa çatdırmışıq. 2010-cu ildə respublikanın Baş Dövlət Sanitariya həkim müavinin qəbul etdiyi 83 saylı qərar bu il də qüvvədə qalır. Hazırda özəl sahələrdə hazırlıq işləri tam başa çatıb, ancaq dövlət nəzarətində olan inzibati ərazilərdə və çimərliklərdə təmizlik işləri davam etdirilir”.

 Ziyəddin Kazımov

Şəhər ətrafı çimərliklərdə təmizliyi təmin etmək üçün rəsmi qurumların hansı tədbirlər gördüyü barədə elə tabeliyində çimərlik əraziləri olan bələdiyyələrin bəzilərinin nümayəndələrindən soruşduq.

Mərdəkan qəsəbəsi  bələdiyyəsinin sərd müavini Sabir Dadaşov bildirir ki, pullu pulsuz olmasından asılı olmayaraq bütün çimərliklərdə təmizlik işləri aparılır:

“Hazırda ərazidə təmizlik və abadlaşdırma işləri aparılır. Artıq çimərliklərin ərazisinə müəyyən zibil qabları da qoyulub. Mən başqa çimərlikləri deyə bilmərəm ancaq bizim tabeliyimizdə olan ərazilərdə artıq 2  aydı təbdirlər görülüb və görülməkdə də davam etdirilir”.

Şüvəlan qəsəbəsi bələdiyyəsinin sədr müavini Seymur Rzayev isə Şüvəlan ərazisində çimərliklərin vəziyyətinin qənaətbəxş olduğunu qeyd edir:

“Bütün günü təmizlik, abadlıq işləri aparılır. Həmçinin obyeklərimizdə zibil maşınlarının  yığılan zibilləri daşıması ilə bağlı müqavilələr də var. Çimərliklərdə zibil qabları da var. Ancaq biz onları obyektə insanlar olan yerlərdə yerləşdirmirik. Obyeklərin  müəyyən ərazisində yerləşdirilən  zibil qabları gündə iki dəfə boşaldırılır”.

IMG_0329

Çimərliklərdə təmizliyin qorunması və təmin edilməsi üçün bəzi aksiyalar da təşkil olunur. Həmin aksiyalardan birini Təmiz Şəhər ASC təşkil edib. Bununla bağlı “Təmiz şəhər”in  mətbuat xidmətinin katibi Vüqar Babayev   bu işə bir neçə şirkətin də qoşulduğunu bildirir:

“Çimərlik mövsümündən öncə Buzovna çimərliyini təmizlədik, oradan xeyli  tullantı yığdıq və aidiyyatı üzrə topladıqdan sonra bizim çeşidlənmə zavoduna gətirildi. Zavodda isə, tullantılar çeşidlənir və təkrar emala göndərilir. Bununla biz mesaj vermək istəyirdik ki, bu çimərliyi biz könüllü şəxslərlə birlikdə insanlara təmiz formada təhvil veririk və ümid edirik ki, çimərlik mövsümünün  sonunda- yayın sonu və ya payızın əvvəlində də insanlar həmin çimərliyi o formada, təmiz saxlayarlar və o formada da təbiətə qaytararlar”.

 Vüqar Babayev

Qeyd edək ki,  Gigiyena və Epidemologiya Mərkəzindən verilən məlumata görə  Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərinin ərazisi vətəndaşların çimməsi üçün məqsədə uyğun sayılmır.


Hazırladı: Xatirə İsmayılova

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.