Cəmiyyət

“Cərimələrin artırılması nizam-intizam yaradıb”

Bakı şəhər sakini Əli Əliyev 20 yanvar metrosunun yaxınlığında yolu qarşıdan-qarşıya keçərkən yeraltı piyada keçidindən istifadə etmədiyi üçün polis tərəfindən 20 manat məbləğində cərimələndiyini deyir. Əli qeyd edir ki, cərimə olunduğu məbləğ onun cibinə uyğun olmadığı üçün, hadisənin üstündən 1 aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də cəriməni ödəyə bilməyib.

Əli Əliyev:

– 20 yanvarda Azərsu tərəfdən paralel yolu keçirdim. Yəni keçiddən istifadə eləmədiyimə görə cərimələnmişdim. Cərimənin çox olması elə də yaxşı deyil, yəni 20 manatdır. Daha az olsaydı hamı ödəyərdi. 20 Manat çoxdur.

Ötən ilin iyun ayında Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildikdən sonra piyadalar üçün cərimənin məbləği 10 manatdan 20 manatadək yüksəldilib. Buna səbəb isə piyadaların yolu hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçərək qəza şəraiti yaratmasıdır.

2012-ci ildə 23 mindən artıq piyadanın keçidlərdən istifadə etmədiyinə görə cərimələndiyini bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis, polkovnik-leytenant Vaqif Əsədov düşünür ki, cərimələr artırıldıqdan sonra piyadalar arasında nizam- intizam da yüksəlib.

Bölmə rəisi, həmçinin, cərimələrin ödənilmə prosesi haqqında da məlumat verir.

Vaqif Əsədov:

– Piyadalar da, tətbiq edilən cərimə məbləğini birinci 3 iş günü müddətində ödədikdə  avtomatik olaraq 10 faiz güzəştlə ödəməli olurlar. Əgər təyin edilmiş cərimə  məbləği 1 ay müddətində ödəniləcəksə olduğu kimi ödənilir. 1 aydan artıq olduqda isə hər günə 2 faiz dəbbə pulu əlavə edilir.

Hüquqşünas Vamiq  Şükürov isə sözü gedən məsələnin həllində cərimələrin artırılmasının problemi həll etməyəcəyini, bu işə polislərin daha məsuliyyətlə yanaşmalı olduğu fikrindədir.

Bununla yanaşı, hüquqşünas, cərimələri vaxtında ödəmədikdə piyadaları nələrin gözlədiyini də bildirir.

Vamiq Şükürov:

– Adətən  elə  piyadalardan o saatda cəriməni alırlar. Amma həmin vaxt almasalar bu göndərilir şəxsin qeydiyyatda olduğu , yaşadığı  rayonun icra şöbələrinə. Həmin İcra  şöbəsi vətəndaşdan o  pulu alır. Əgər o pulu  verməzsə  məcburi şəkildə  onun adına olan əmlaklardan məcburi  şəkildə  tutulur.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.