Artan yol qəzaları: Səbəbləri və həlli

Qəza edən Bakı sakini:

Naruşenni (qayda pozuntusu-müəll. ) elədik, qoşa xətti keçdik, əks yola keçdik, avariya (qəza-müəll.) elədik. Adam qaçıb avtobusun dalından adama vurmamışıq çəkib, yolun qırağında dayanan maşına vurmuşuq.

Adının çəkilməsini istəməyən Bakı sakini 16 ildir ki, avtomobil idarə edir və bu müddət ərzində başına gələn avtomobil qəzalarını sadalayır. Həmin hadisələrin həm öz günahı, həm də digər sürücü və piyadalara görə olduğunu bildirən müsahibimiz deyir ki, saydığı qəzaları həm “Vaz”, həm də xarici markalı avtomobillərlə edib. O, qəzaların çoxunun diqqətsizlik, sürət yüksəkliyi və təcrübəsizlikdən baş verdiyini nəzərə çatdırır.

“Azərbaycanda kitab bahadır”

– Mən götürdüm Pərviz “Yad dildə”, Arxikad (Archicad) proqramı, bir də mühəndislərə aid bir kitab götürdüm. Özümə lazım olan, ixtisasıma uyğun olan kitablardan götürdüm. Bir az çətin oldu bu qədər adamın arasından götürmək. Amma hər halda istədiyimə nail oldum.

Gənclər Fondu gənclərə nə verəcək?

İyunun əvvəlində Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun təqdimat mərasimi keçirildi. Qurumun icraçı direktoru Fərhad Hacıyev deyir ki, fondun təsis olunması gənclərlə iş sahəsində fəaliyyətin yeni formalarda davam etdirilməsinə imkan verəcək.

Şamaxıda Eurovision həyəcanı

Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin final həyəcanının yaşandığı bir vaxtda paytaxtdan cəmi 110 km məsafədə yerləşən bölgədə – Şamaxıda insanların həyatına bu müsabiqənin necə təsir göstərdiyini görmək istədik. Üz tutduq burada yaşayan sadə Azərbaycan vətəndaşının final həyəcanını bölüşməyə.

“Eurovision” qonaqlarının Bakı təəssüratları

Verner 57-ci “Avroviziya” mahnı müsabiqəsini izləmək üçün Almaniyadan Azərbaycana gəlib. Paytaxta ilk dəfə səfər edən turist fikirləşdiyinin əksi olan Bakı ilə qarşılaşıb.

Cinsə görə abort qadağan oluna bilər

Uşağın cinsinə görə abort edilməsi selektiv abort adlanır. Azərbaycanda abortların bir qisminin səbəbi valideynlərin qız övladı dünyaya gətirmək istəməmələri ilə …

“Nar Mobile” abonentlərini rabitəsiz qoydu

Mayın 18-i səhər saatlarından başlayaraq Azərbaycanda ilk 3G lisenziyası almış mobil operator “Nar Mobile”ın bütün abunəçiləri rabitə xidmətindən məhrum olub. Hadisə ilə bağlı Azerfon şirkətinin yaydığı ilk press-relizdə yaranan problemin “Nar Mobile”ın şəbəkə xidmətlərində aparılan keyfiyyətin təkmilləşdirilməsi işləri ilə əlaqədar olduğu bildirilsə də, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bu fikirlərə şübhə ilə yanaşır. O bildirir ki, dünya təcrübəsində hər hansı bir telekommunikasiya operatorunda planlaşdırılmış şəkildə işlər həyata keçirilirsə, bir neçə gün qabaqdan məlumat verilib, üzrxahlıq edilir.

Təhlükəli tikinti şəraiti

Hazırda günəmuzd elektrik işləyən 30 yaşlı Roma 2 il əvvəl tikinti aparılan binaların birində çalışmağa başlayıb. İşlədiyi şirkətin adını bildirmək istəməyən müsahibimiz bina tikintisində heç bir ay işləməmiş xəsarət alıb və bir ayağını itirib.

Əyləncə mərkəzi çayxana olan gənclik

– Gənclərin öz asudə vaxtlarını təşkil etmək üçün heç bir yerləri yoxdur. Fərqli düşünən insanlar üçün ümumiyyətlə şərait yoxdur. Düzdür, bəzi gənclər var ki, çayxanada, kafedə otururlar, amma bu asudə vaxtın təşkili deyil, sadəcə vaxtı yola verməkdir. Yaxşı şəraiti olan, hər hansı bir pullu da olsa eybi yox, dövlət hesabına istəmirik, obyektin tikilməsi lazımdır və buna ehtiyac görürəm. Əlbəttə ki, gənclərdən gəlməlidir bu təklif. İmza toplamaq olar. Hansı ki, İcraya təqdim etmək olar. Məncə bu təsir edə bilər.

Avtobus sürücüsü: “Tibbi baxışdan keçmirik”

Səhər saat 9-dur. 79 nömrəli marşrutdayam. Sürücünün arxasındakı oturacaqda əyləşib, pəncərədən şəhəri seyr edirəm. Burda əyləşməyim isə təsadüfi deyil. Avtobus …

Evimiz nə vaxt isti olacaq?!

Bakının Cavadxan küçəsi 64-də yaşayan yataqxana sakinləri evlərindəki istilik sisteminin işləməməsindən şikayətlənirlər. Sakinlərdən Zeynəb Camalova deyir ki, evimizdə istilik sistemi …

AMEA: Qala divarının sökülməsi qanunsuzdur

Son günlərdə sosial şəbəkələrdə İçərişəhərin qala divarlarının sökülməsi ilə bağlı yayılan şəkillər insanların narazılığı ilə qarşılanmışdı. Həmin ərazidə görülən işlərin səbəbini aydınlaşdırmaq üçün “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri ilə əlaqə saxladıq.