Müalicə üsulu ya biznes üçün işbirliyi…

Damar genişlənməsindən əziyyət çəkən anasını xəstəxanaya aparan Dürdanə Tahirova həkimlərdən narazılıq edir. O deyir ki, anamın yaşı və səhhəti firma təmsilçiləri ilə sövdələşən həkimləri saatlarla gözləməyə imkan vermir.

Köhnə taksi sürücülərinin yeni dərdi

Beş uşaq atası, 58 yaşlı Rəhim Abdullayev çörəyini 40 ildir ki, sürücülükdən çıxarır. Bu illər ərzində müxtəlif yerlərdə çalışan Rəhim dayı son beş ili özəl taksi şirkətlərinin birində, gecəsini-gündüzünə qataraq, taksinin günlük plan öhdəliyini ödəyərək işlədiyini deyir. Rəhim dayının sözlərinə görə gündəlik olaraq yüksək məbləğdə plan ödəmək onun üçün çətin olurdusa da, 5 ildən sonra idarə etdiyi taksini özəlləşdirərək ağ günə çıxacağına inandığından, bu əziyyətə qatlanırdı. Dediyinə görə, elə bu əziyyətinin bəhrəsini təzəcə görməyə başlayırmış ki, Nəqliyyat naziri Ziya Məmmədovun mətbuata verdiyi “Köhnə taksilərə lisenziyalar verilməyəcək” açıqlaması onu çıxılmaz vəziyyətə salıb.

“Qaynar xətt”lərin xidmət səviyyəsi

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” təsdiq …

Dövlət yardımı və milli serialların keyfiyyəti

Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama görə milli telefilmlərin, habelə …

Məhsulların etiketlərini niyə oxuya bilmirik?

Cəmilə: – Mağazaların birindən şokolad aldım. Onun üzərində Azərbaycan dili yox idi, əcnəbi dildə yazılmışdı. Mən də şokoladın tərkibini təbii …

“Azərbaycanda media hüququ təhsili” tədbiri keçirildi

Sentyabrın 24-də Amerika Hüquqşünaslar Asossiasiyası və Media Hüququ İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda media hüququ təhsili” adlı tədbir keçirildi. Tədbirdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Jeniffer Riddle, millət vəkili Gülər Əhmədova, media nümayəndələri, bloqqerlər və hüquqşünaslar iştirak edirdi. Tədbir iştirakçıları Azərbaycanda Media Hüququ təhsili sahəsindəki problemlər; jurnalistlərin və bloqqerlərin üzləşdikləri hüquqi suallar, media qanunlarının hazırkı durumu və digər mövzuları müzakirə etdilər.

Qanundan xəbərsiz spirtli içki şirkətləri

Yetkinlik yaşına çatmayanları siqaret və spirtli içkilərin reklamından qorumaq üçün Reklam Haqqında Qanunda yalnız bir maddə nəzərdə tutulub. Hüquqşünas Selcan Məmmədli həmin maddə haqqında bunları deyir:

– Selcan Məmmədli :

Reklam haqqında qanunun 17 – ci maddəsi müxtəlif əmtəə növlərinin xüsusiyyətlərinin reklamını tənzimləyir. O cümlədən spirtli içkilərin reklamı ilə bağlı məsələ tənzimlənir. Həmin maddəyə əsasən spirtli içkilərin bütün üsullarla reklamının qadağasının bir sıra halları nəzərdə tutulub. Eyni zamanda spirtli içkilərin uşaq müəssisələrinin, təhsil, idman obyektlərində, ayin binalarında və tikililərdə həmçinin onlardan 100 metr məsafəyədək reklam yayımına icazə verilmir.

Ailələri tərəfindən istismar olunanlar …

Payız gəlmişdi, yenə hava tutqun idi.  Şıdırğı yağış yağırdı. İnsanlar evlərinə tələsir, o isə pul qazanmaq üçün hələ də işləyirdi. …

“Bloqosfer 2011″in qısa xronologiyası

Bloqçuların və Yeni media mütəxəssislərinin 2-ci forumu “Bloqosfer 2011” başa çatdı. Sentyabrın 2-dən 4-nə kimi davam edən forum Nabranda keçirildi. Forumun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya gətirib Azərbaycanda bloqçuluğun, İnternetin və sosial medianın gələcək inkişafı ilə bağlı müzakirələr aparmaq, təkliflər hazırlamaq və bu təklifləri aidiyyatı qurumların diqqətinə çatdırmaq idi.

Bayram bazarlığı

Ramazan – kimə bayram, kimə bazar

Müsəlman aləminin böyük maraqla gözlədiyi on bir ayın sultanı ramazan ayı artıq başa çatdı. Ramazan dua və ibadət ayıdır. İnsanlar bu ayı öz günahlarından təmizlənmək və savab qazanmaq üçün bir fürsət hesab edirlər.

Gənclər İnternetdə

İnternet haqqında fərqli fikirlər

Müasir dövrdə yəqin ki, çoxları özlərini kompyuter və İnternetsiz təsəvvür edə bilmir. Hətta bəzi insanlar üçün bu alətlər göz, qulaq və əl rolunu oynayır.
Kompyuter və İnternet – kimə görə XX əsrin XXI əsrə qoyduğu bəla, kimə görə də ən uğurlu kəşfdir. Bu kəşfdən gənclərin daha çox hansı məqsədlər üçün istifadə etdiyini öyrənmək məqsədi ilə gənclərə müraciət etdik.

Fizuli döyüşləri zamanı

6 yaşlı qızın Füzuli arzusu

Avqust ayının 23-ü Füzuli və Cəbrayıl rayonlarının işğalından 18 il ötür.

Indi Azərbaycanın müxtəlif bölgələrində Füzuli və Cəbrayıl qaçqınları öz yurd-yuvalarının həsrəti ilə həyatlarına davam edirlər. Füzuli uğrunda döyüşlərdə iştirak edən Qulu Qasımoğlu o günləri belə xatırlayır.