Şamaxı sakinlərinin pir inancları

Şamaxı şəhəri və ətrafında 30-dan artıq pir mövcuddur. Bunlardan Sofu baba, Pirsaat, Birsaat, Pirimsaat, Şeyx Eyyub, Abdulkərim (və ya Abdullakərim) pirləri məşhurdur.

Şamaxı sakini Şura Məmmədova da pirlərə çox inanır. O bildirir ki, səkkiz oğuldan sonra bir qızı dünyaya gəlib.

Uşaq Bərpa Mərkəzində nə baş verir?!

Xəyalın 8 yaşı var. Mingəçevir şəhərində doğulub.. Evin tək övladı olan Xəyal anadangəlmə fiziki qüsurludur. Yeriyə bilmir. 8 aylıq olandan …

Təhlükə mənbəyi: Vaxtı keçmiş ərzaq məhsulları

Bakının Yasamal rayon sakini Rəna Əsgərli evinin yaxınlığındakı marketlərin birindən alış-veriş edərkən,məhsulun istehsal tarixinə diqqət etmədiyi üçün vaxtı keçmiş məhsul alıb.
– O “Bizim Market” var haa, ordan biz çox vaxt alver edirik. Bir dəfə görmüşəm ki, köhnə olub yağ. Evə gətirmişəm, iysindən hiss eləmişəm, baxmışam ayın tarixinə görmüşəm ki, köhnədi. Götürdüm atdım bir dənə yağdan yana getmədim marketə.

Satıcısı da, alıcısı da narazı yarmarkalar

Sumqayıtda hər həftənin çərşənbə və şənbə günləri təşkil olunan yarmarkadayıq. Burada Azərbaycanın bölgələrindən və xaricdən gətirilmiş kənd təsərrüfatı məhsullarına rast gəlmək mümkündür.

Satıcı Mübariz Əsgərov məhsulları Göyçaydan – öz həyətindən gətirdiyini deyir. Onu da vurğulayır ki, yarmarkada alver olsa da, kənddə məhsulları öz qapısında topdansatış edəndə daha çox qazanır.

Uşaqlar öz cizgi filmlərimizi tanımır

5 yaşlı balaca Ruqiyyə hər gün 2 saat xarici istehsal olan cizgi filminə baxdığını deyir. Yerli filmlərdən isə heç birinin …

Bağçaların özəlləşdirilməsi problemi həll etdimi?

Səkinə Həsənova nəvəsini bağçaya apara bilmir. Çünki özəlləşdirmədən sonra bağça fəaliyyətini dayandırıb.

Həsənova Səkinə:
– Elmlərdə qala-qala nəvəmi 7-ci mikrorayonda bağçaya aparırdım. İndi baxıram ki, hasara alıblar tamam yararsız vəziyyətə düşüb. Yəqin ki, indi söküləcək, amma bağça kimi fəaliyyət göstərsəydi daha məqsədə uğun olardı.

Bomjlara daimi sığınacaq lazımdırmı?

Dəniz kənarı milli parkda rastlaşdığımız Vahid İsmayılov Tbilisidə doğulub. Maddi vəziyyəti çətin olduğu üçün Azərbaycana gəlib. Bakıda iş tapmadığı üçün küçələrdə yaşamağa məcbur olduğunu deyir.

Əlillik dərəcəsi ala bilməyən könüllü döyüşçü

53 yaşlı Eyvaz Quliyev 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayanda erməni silahlı qüvvələrinə qarşı mübarizə aparmaq üçün cəbhəyə yollanıb.

Eyvaz Quliyev:
– 1992-ci ildən sonra könüllü olaraq Tərtər bölgəsinin müdafiəsinə getdim. Baş Qərvənd alınan vaxt idi, güclü hücumlar vardı. Qərvənd getdi, biz də Tərtəri müdafiə edirdik. 1994-cü ilin may ayının 4-də yaralandım.

Velosipedçilər var, amma yolları yoxdur

Bəxtiyar Qasımov: Deyirlər ki, velosiped yollarına ehtiyac yoxdur. Amma buna ehtiyac var. Yadıma gəlir ki, 20 il bundan əvvəl mən …

İnsanların “Yeni il” əhval-ruhiyyəsi

Zeynalov Bəhram:

Mən şəxsən hiss eləmirəm. Çünki mən işlədiyim yerdə də o dərəcədə əhval-ruhiyyə yoxdur. Əhval-ruhiyyə insanların ilk növbədə həyat tərzindən asılıdır. Əgər həyat tərzi yaxşıdırsa, şərait yaxşıdırsa, yaşamağı yaxşıdırsa, onun əhval-ruhiyyəsi əla olacaq. Yaponiyada məsələn deyirlər ki , insanlar hamısı küçədə bir-birilərinə gülür. Heç birinin üzündə heç bir pis cizgi görməzsən. Qəm-qüssə, kədər, narazılıq – onları hi­ss eləməzsən.