Güllə səsi altında yaşayan gənclik

Yolumuz Azərbaycanın sərhəd rayonlarından olan Ağdamadır. Gəldik çatdıq Ağdamın Ermənistanla sərhəddə yerləşən, erməni snayperinin gülləsi nəticəsində dünyasını dəyişmiş 9 yaşlı …

Panduslar standartlara uyğundurmu?

“Ölkəmiz güclənir, yeniləşir, müasirləşir…” prezident İlham Əliyevin bu şüarı altında paytaxtın müxtəlif ərazilərində parklar salınır, yeraltı və yerüstü keçidlər inşa …

Teatr mövsümü başladı

Azərbaycanda 139-cu teatr mövsümü ötən həftənin sonu açıq elan olundu. Əsasən gənc kollektivdən ibarət olan Dövlət Pantomima Teatrı gənc rejissor, Bəhruz Əhmədlinin səhnələşdirdiyi “Qaranlıq” tamaşası ilə işinə başladı. Bu, Bəhruzun səhnəyə qoyduğu ikinci tamaşa, amma ilk fərdi işi idi. O, gənc olmasına baxmayaraq, işləməsi üçün ona bu teatrda yetərincə şərait yaradıldığı fikrindədir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Rejissorluq ixtisası üzrə bitirən Bəhruz əvvəlcə bizə Pantomima Teatrına gəlişindən danışdı. Dedi ki, buna səbəb müəllimi olub.

Xırmanda yabalaşmamaq üçün müqavilə

Azərbaycanda bir ailə qurulana kimi çox tədarük görülür. Qızın cehiz, oğlanın toy təlaşı içində nikahı rəsmiləşdirmək məsələsi yaddan çıxmır. Amma Ailə Məcəlləsində nəzərdə tutulan «nikah müqaviləsi» ya yada düşmür, ya da buna dırnaqarası baxılır. Bu yaxınlarda ailə quracaq Ləyaqət Bəhlulova nikah müqaviləsi bağlamaq istəsə də, sonra fikrindən daşınıb. Səbəb isə nişanlısının verdiyi reaksiya olub.

Balacaların arzusu, böyüklərin qorxusu

Xəzərin sahilində bir skamya və orda əyləşmiş gənc ailə. Yanlarında isə 5 yaşlı bir qızcığaz vardı.O , valideynlərinin əlindən tutaraq harasa aparmağa çalışırdı. Ata isə öz övladının yanağından süzülən yaşı silə-silə “Ata Qurban, Mən çox yorlumuşam eyyy…Gəl otur..Sonra gedərik…”deyirdi . Balaca isə elə hey , əlini karusellərə tərəf uzadırdı. Uşağın başını müəyyən bəhanələrlə qatmağa nail olsada, çox keçmirdiki, atraksionlardan gələn uşaq səsləri bu balacanın diqqətini yenidən o tərəfə yönəldirdi.

Gözdən əlillər necə yaşayır

Hamımız batan günəşin doğacaq yeni günəşdən xəbər gətirdiyini görür və inanırıq. Min eşitməkdənsə bir görmək yaxşıdır misalını dönə-dönə təkrarlayırıq. Bu günlərdə yolumu “Əlillər Cəmiyyəti”nin Nərimanov rayonundakı köhnə binasından saldım. Gördüyüm mənzərə məni çox təəccübləndirdi. Gözdən əlil insanların evlərinin kəndarından tutmuş yola qədər olan ərazinin təmirdə olan binanın daş qalıqları ilə dolu olması idi. Böyük çətinliklə keçdiyim bu yol gözləri görən insanların görməyən insanlar üçün yaratdıqları şərait idi. Müsahiblərim 2-ci qrup gözdən əlil Qorxmaz Əliyev və 1-ci qup gözdən əlil Süsən Əliyeva da bu ərazidə yaşayırlar.

Kimsəsiz uşaqların gələcəyi

Erkən yaşlarında uşaq evinə sığınanlar digər həmyaşıdlarından fərqli olaraq valideyn qayğısını dada bilmirlər. 18 il uşaq evlərində dövlət onlara qayğı göstərdikdən sonra yenidən gənc yaşlarında küçədə qalmaq təhlükəsi iə üzləşirlər. Kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət onları saxlamaqdan, yuva verməkdən imtina edir.

Gənclərin axşamüstü gəzintisi

Qızlara evə gec getmək olmaz?!

“Evə gec gəlmək olmaz…” Bu ifadəni daha çox qızlara ünvanlandığının şahidiyik. XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün Azərbaycan kimi demokratik, …

Gözəllik salonunda müsahibə

Başa bəla gözəllik

Gözəllik qurban tələb edir. Bəs bu qurban sağlamlıq olarsa, onda necə? Dövrümüzdə QİÇS, qaraciyər serrozu, göbələk, dəmrov kimi xəstəliklərin yayılmasında gözəllik salonları az rol oynamır. Manikür- pedikür, qulaq deşilməsi, saç kəsimi zamanı istifadə edilən alətlərin sterilizə olunmaması təhlükəli xəstəliklərin yoluxdurulmasına səbəb olur.

İndi gənclər niyə gec ailə qurur?

Son zamanlar ölkəmizdə gənclərin gec ailə qurması dəb halını almağa başlayıb. “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bunu gənclərin karyera qurmağa meyl etməsi ilə əlaqələndirir:

Nəqliyyatda vahid kart sisteminə hazırıqmı?

Bu ilin sentyabr-noyabr aylarından nəqliyyatda intellektual idaretmə sisteminin tətbiq olunacağı gözlənilir. Yeni sistemə əsasən, təkcə avtobuslarda deyil, metro,taksi, hətta elektrik …

Saxta sular

Suyun da saxtası olurmuş

Su, insan həyatı üçün oksigendən sonrakı yeri tutan ən əhəmiyyətli elementdir. Beynimizin 75%-ni təşkil edir və bədənimizin istiliyini nizamlayır. Su, saf, iysiz, dadsız , bir sözlə şəffaf olmalıdır. Bəs, görəsən, Bakı küçələrində satılan spirtsiz, dağlardan gətirildiyi bildirilən içkilər necədir? Paytaxt sakinləri müxtəlif firmalar tərəfindən istehsal edilən suların keyfiyyətindən razıdırlarmı?