Tıxac problemini necə həll edərdiniz?

Bakıda tıxac hər gün yaşanan problemlərdəndir. Bəs görəsən paytaxt sakinləri bu məsələnin həlli barədə düşünüblərmi? Bunu öyrənmək üçün budəfəki sorğumuzun sualını belə qoyduq: Tıxac problemini necə həll edərdiniz?

Azərbaycanda daha nəyin dəyişməsini istərdiniz?

Görəsən şəhər sakinləri dəyişən və inkişaf edən “Azərbaycanda daha nəyin dəyişməsini istərdi”. Gənclərin səsi radiosu olaraq budəfə bu sual ilə şəhər sakinlərinə müraciət etdik.

Hansı məsləhət sizi bezdirib?

Məsləhət vermək. Bir çoxları bundan xoşlanmadıqlarını desələr də, gündəlik həyatımızda yaxınlarımızın bizə verdiyi tövsiyələrdən qaçmaq mümkün olmur. Növbəti sorğumuzun mövzusu da elə məsləhətlərlə bağlıdır. Bu dəfə şəhər sakinlərinə “Sizi hansı məsləhət bezdirir?” sualını ünvanladıq. Aldığımız cavablarsa belə oldu:

Çox pul qazanmaq üçün nə etmək lazımdır?

“Gənclərin Səsi” radiosu paytaxt sakinləri arasında növbəti sorğusunu keçirdi. Sualımız isə belə oldu: Çox pul qazanmaq üçün nə etmək lazımdır?

Sualımızla bağlı aktyor Bəhram Bağırzadənin də fikirlərini öyrəndik.

Ən son hansı Azərbaycan kinosuna baxmısınız?

“Gənclərin səsi” radiosunun növbəti sorğusu Azərbaycan kinoları ilə bağlıdır. Qeyd edək ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” qəbul olunub.

Tibbi müayinədən nə vaxt keçmisiniz?

“Gənclərin Səsi” radiosu bu həftəyə olan sorğusunu təqdim edir. Sorğumuzun mövzusu tibbi müayinə ilə bağlıdır. Şəhər sakinlərinə sualımızsa belədir: Axırıncı dəfə nə vaxt tibbi müayinədən keçmisiniz?

Azərbaycan haqqında nə öyrənmisiniz?

Bu ilki Eurovision yarışması Azərbaycanda keçirilir. Bununla əlaqədar müəyyən müddətdir ki, Bakıda müxtəlif ölkələrdən gələn turistləri görmək mümkündür.

Biz də “Gənclərin səsi radiosu” olaraq turistlər arasında sorğu keçirdik. Sualımız isə belə oldu: “Azərbaycan haqqında nə öyrənmisiniz?

Cərimələrin artırılması nəyi dəyişəcək?

2012-ci ilin mayın 8-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildi. Bir sıra cərimələrin qiyməti qaldırıldı. Avtomobil nəqliyyatının sürücülərinə “Avtomobil nəqliyyatının hərəkəti zamanı yol verilən xətalara görə, tətbiq olunan cərimələrin artırılması nəyi dəyişəcək?” sualı ilə müraciət etdik. Sürücülərin məsələyə münasibətləri belədir.

Ailə qurarkən nəyə diqqət edərdiniz?

Hər bir şəxs ailə quracağı insanı müəyyən xüsusiyyətinə görə seçir. Fransız yazıçısı Aleksandr Dümanın dediyi kimi, “Evlilik zənciri o qədər ağırdır ki, onu ikilikdə daşımaq lazım gəlir”. “Gənclərin səsi” radiosunun növbəti sorğusu məhz bununla bağlıdır. “Ailə quracağınız insanı hansı xüsusiyyətinə görə seçərdiniz?” sualı ilə paytaxt sakinlərinə müraciət etdik.

Bakıda kimin heykəlini görmək istərdiniz?

Gənclərin Səsi Radiosu növbəti sorğusunu təqdim edir. Bu il fevral ayının 21-də Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışı oldu. Heykəllər əsasən Azərbaycan tarixində özünəməxsus yer tutmuş şəxsiyyətlərə qoyulur. Şəhərimizi gəzərkən M.Füzuli, N.Gəncəvi, M.Ə.Sabir, S.Vurğun kimi ədəbiyyat xadimlərinin heykəllərinə rast gəlirik.