Təhsildə informasiya texnologiyalarının tətbiqi

"Gənclərin səsi" radiosunun budəfəki efiri Qafqaz universitetindən “Sumqayıt Bloq Günü” tədbirindən yayımlandı.  Verilişimizin qonaqları Təhsil Nazirliyinin “Təhsil sisteminin informasiyalaşdırma idarəsi”nin …

Sumqayıt Bloq Günü

“Vəlvələ” verilişinin budəfəki efirində 3-4 dekabr tarixlərində Qafqaz Universitetində keçiriləcək “Sumqayıt Bloq Günü” tədbiri müzakirə olundu. Verilişin qonaqları “Bloq Günü” …

Gənclər və onların təhsil almaq imkanları

“Vəlvələ” verilişinin bu dəfəki efirində Azərbaycanda gənclər üçün yaradılan təhsil imkanlarından danışıldı. Verilişin qonaqları Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü …

Gənclər rayonları tərk edir

“Vəlvələ” verilişi bu dəfə Oğuz rayonundan yayımlandı. Verlişin qonağı mərkəzi ofisi Şəki şəhərində yerləşən “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin koordinatoru Tofiq Məmmədov idi. Qonağımızla Oğuz, Şəki, Zaqatala və Balakən bölgələrindəki gənclərin fəaliyyəti və problemlərindən danışdıq. O, regionlardakı gənclərin ən böyük problemlərinin işsizlik olduğunu dedi: “Ali təhsilli gənclər iş tapa bilmədikləri üçün rayonları tərk edib, şəhərə üz tuturlar və bu da regionlarda inkişafa mənfi təsir göstərir”.

“Peace Corps” könüllüsü ilə söhbət

“Vəlvələ” verilişi bu dəfə Mingəçevirdən yayımlandı. Qonağımız “Peace Corps”un Mingəçevir şəhərindəki könüllü nümayəndəsi Ceyms Baldivi idi. Verilişdə ilk səslənən Azəbaycan Ceyms üçün necə yerdir? sualına Baldivinin cavabı belə oldu: “Azərbaycan gözəl ölkədir, insanları çox mehribandır”

Azərbaycanda gənclər siyasəti

“Vəlvələ” verilişinin bu dəfəki efirində “Azərbaycanda gənclər siyasəti” mövzusu hüquqşünas Erkin Qədirli ilə müzakirə olundu. Veriliş boyu dinləyicilərin çoxsaylı suallarını cavablandıran qonaq, həmçinin bildirdi ki, “Hökümət gənclərlə bağlı siyasətinin arxasında durmalı və müəllifin də məhz özü olduğunu deməlidir” .

Medianın inkişafı üçün çıxış yolları

“Vəlvələ” verilişinin bu dəfəki efirində “Azərbaycanda medianın inkişafı üçün çıxış yolları” mövzusu Azərbaycan Media Mərkəzinin layihələr üzrə koordinatoru Seymur Kazımovla müzakirə olundu. Qonaq ilk olaraq Azərbaycan mediasının 2 il əvvəllə müqayisədə bu gün müəyyən qədər inkişaf etdiyini dedi. O, çətinliklə nail olduğumuz bu inkişafda gənc jurnalistlərin də böyük rolu olduğunu bildirdi.

Gürcüstan haqqında açıq söhbət

“Vəlvələ” verilişi bu dəfə Gürcüstan respublikasının Ureki rayonundan yayımlanır. Veriliş Acarya Mədəniyyət Nazirinin keçmiş müavini, “Sakartvelo respublika” qəzetinin müxbir qurupunun rəhbəri və 33 il Acarya radiosunda jurnalist kimi çalışmış Tiburadze Valerianoviçin qonağıdır. Cənab Tiburadze ilə Gürcüstan son zaman baş verən islahatlar və Gürcü mediasının vəziyyəti haqqında söhbət etdik.

Verilişdə dinləyicilər Gürcüstanda demokratiyanın bərqərar olmasında medianın rolu; Gürcüstanda medianın vəziyyəti; Azərbaycan və Gürcüstan mediasının bənzər problemləri və fərqləri haqqında geniş məlumata sahib ola biləcəklər.

Verilişin səs yazısını “DİNLƏ” düyməsinə basaraq dinləyə bilərsiniz

Azad musiqi qeyri-azad ölkədə

“Vəlvələ” verilişinin bu dəfəki efirində “Azad musiqi qeyri-azad ölkədə” kampaniyası İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərovla müzakirə olundu. İlk olaraq qonaq kampaniyaya niyə bu adın verilməsindən danışır.

Dövlət qurumlarında elektron xidmət

Vəlvələ verilişinin bu dəfəki efirində elektron hökumət məsələsi müzakirə olundu. Verilişin qonağı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz elekrton hökumətin qurulmasının niyə vacib olduğunu, bunun bütövlükdə cəmiyyətə hansı faydaları gətirə biləcəyini, elektron hökumətin qurulmasında hansı problemlərin olduğunu qeyd etdi.

Gənclər siyasətlə məşğul olmalıdırmı?!

“Vəlvələ” verilişinin bu dəfəki efirində Azərbaycan gəncləri siyasətlə məşğul olmalıdırmı?! mövzusu müzakirə olundu. Verlişin qonağı gənc fəal, bloqçu Əli Novruzov bildirdi ki, “Nəinki gənclər, hətta bütün vətəndaşlar siyasətlə məşğul olmalıdır. Ən azından maraqlanmalıdır”.

Razi Vəliyev Vəlvələ verilişinin qonağıdır

Xarici diplomlar tanınamaya bilərmi?!

“Vəlvələ” verilişinin efirində Təhsil Nazirliyinin xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etməsi müzakirə olundu.

Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirinin müavini Elmar Qasımov Təhsil Nazirliyinin xaricdə təhsil imkanı yaradan mərkəzlərin vasitəsilə təhsil alanların diplomlarının tanınmayacağı barədə xəbərdarlıq etmişdi.”Bu mövzu Türkiyə universitetlərinin Azərbaycandakı təmsilçisi, “Akademi” təhsil qurumlarının layihə rəhbəri və xaricdə təhsil üzrə ekspert Razi Vəliyevlə müzakirə olundu.