İdman, ZZ-Manşet

Cavid  Qurbanov: “Voleybolda səhv bağışlanılmır”

NDA_7517Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.

GSR.fm xəbər verir ki, iclası giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov voleybol idman növünün Azərbaycanda böyük ənənələrə məxsus olduğunu qeyd edib. Lakin nəsil dəyişir, hər bir idman növündə olduğu kimi voleybolda da yeniliklər baş verir. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun bu idmanın inkişafında xidmətlərinin əvəzsiz olduğunu qeyd edən nazir, federasiyada dəyişikliklərin aparılması ilə bağlı müzakirələrin getdiyini və nəticədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklifin irəli sürüldüyünü bildirdi.

Azad Rəhimov: “Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır. Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə, komandamızın 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmasıdır.”

Daha sonra voleybol federasiyasının vitse prezidenti Vaqif Əliyev çıxış edərək bu idman növündə son illlər görülmüş işlərin hesabatını verdi.

Səs çoxluğu ilə voleybol federasiyasına prezident seçilən Cavid Qurbanov çıxışında qeyd edib ki, voleybol zəruri, ancaq çox çətin idman növüdür. Cavid Qurbanov: “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq” deyib.

 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: viagra pills for sale usa
  3. Geri izləmə: viagra generic

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.