İdman, ZZ-Manşet

Çempionlar Liqasında IV turun oyunları keçirilib

futbolÇempionlar Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib.
GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, IV turun qarşılaşmaları çərçivəsində 8 matç baş tutub.

1/8 finala vəsiqə üçün 1 xal belə lazım olan B qrupunun lideri “Real” oyunu qazanıb. “Liverpul”u qəbul edən madridlilər 1:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında “Bazel” “Ludoqorets”i 4:0 hesabı ilə məğlub edib.

C qrupunda isə portuqaliyalılar “Monako”ya minimal hesabla (1:0) qalib gəlib.

“Bayer” isə Sankt-Peterburqda “Zenit”i 1:2 hesabı ilə məğlub edib.

D qrupunda isə “Borussiya” 1/8 finala çıxıb. Dortmund klubu evdə “Qalatasaray”a yenə qalib gəlməyi bacarıb. Bununla da “Cim-Bom” ÇL-də növbəti mərhələyə keçmə şansını itirib.

“Arsenal” isə publika önündə “Anderlext”lə üzləşib. Hərəyə 3 qol vuran komandalar meydanda sülh bağlayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.