İdman, ZZ-Manşet

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

olimp stadionÇempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər.

GSR.fm  Qol.Az-a istinadən xəbər verir ki, Avropa Oyunlarının açılış mərasimindən sonra Bakı şəhəri Çempionlar Liqasının final matçının keçirilməsi üçün məkan ola bilər.

AFFA-nın baş katibi Elxan Məmmədov bununla bağlı açıqlama verib. O, gələcəkdə ÇL-in finalının Bakıda keçirilməsini istisna etməyib:

“İndi bizim 68 min tamaşaçı tutumuna malik stadionumuz var. Bu, regionda ən böyük stadiondur. Onda nəyə görə Avropa Liqası və ya Çempionlar liqasının final matçlarının keçirilməsinə namizəd olmayaq?”.

Qeyd edək ki, “Avro-2020″nin final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.