Orxan Həsənov:
-Saxlamışdım, burda küçədə Azadlıq prospektində. Getdim “28 Mall”a, çıxdım gördüm yoxdur. Orda öyrəndim taksi sürcülərindən dedilər ki, bəs evakuator aparıb cərimə meydançasına.
Bakı şəhər sakini Orxan Həsənov da bir çox avtomobil sürcüləri kimi avtomobillərin təxliyyə olunması zamanı yaranan hüquq pozuntularından şikayətçidir.
Orxan deyir ki, avtomobilini cərimə meydançasından götürə bilmək üçün nə az nə çox, düz 41 manat pul ödəyib.
Orxan Həsənov:
-20 manat evakuator, 20 manat cərimə. 1 manat da stayanka-(dayanacaq-m.) pulu.
-Bəs qəbz verildimi?
-Xeyr, qəbz vermədilər.
Problemin hüquqi tərəflərindən danışan hüquqşünas Anar Qasımlı isə deyir ki, avtomobillər təxliyyə edilməzdən əvvəl bir neçə dəfə səsgücləndiricilər və digər vasitələrlə sürücülərə avtomobili kənarlaşdırması barədə xəbərdarlıq edilməlidir. Əgər xəbərdarlıq edilməyibsə, avtomobil aparıla bilməz.
Anar Qasımlı:
Avtomaşının durma-dayanma qaydaları pozulduqda indi bizdə olduğu kimi gəlib dərhal onu götürüb aparmamalıdırlar. Yəni qayda belədir ki, sürücü axtarılmalıdır. Sürücüyə mümkün qədər məlumatlandırılması üçün üsul və vasitələrdən istifadə edilməlidir. Təbii ki, bunun ən yaxşı üsul və vasitəsi hazırki dövrdə mobil telefonla əlaqə saxlamaqdır. Yəni hər bir sürücü qeydiyyatdan keçəndə onun mobil telefon əlaqələri orda olur və yol polisində həmin nömrə qeydə alınır.
Hüquqşünas həmçinin bildirir ki, dayanma-durma qaydalarını pozduğuna görə cərimə meydançasına aparılan avtomobillərin azad edilməsi üçün yerində 40 manat cərimənin ödənilməsinin tələb olunması və məbləğ ödənilmədiyi halda avtomobilin azad olunmaması qanunsuzdur.
Anar Qasımlı:
Avtomobilin duracağa gətirmə xərcləri var. Bu Bakı şəhərində bir mənalı olaraq istiqamətdən, kilometrajdan asılı olmayaraq 20 manat qeyd olunubdur. Və bir cərimə var. 20 manat da bunun inzibati qaydada cəriməsi. Vətəndaşlardan yerində cərimə tələb olunması tamamilə qanunsuzdur. Amma vətəndaş istəyirsə, yerində cəriməni ödəyə bilər, amma bu halda da ona qəbz verilməlidir. Cəriməni dərhal ödəməsi nəzərə alınaraq faiz ondan çıxılmalıdr. Tutaq ki, 20 manatdırsa 16 manat alınmalıdır. Evakuatorun gətirməsi üçün 20 manatı yerində ödəyib, bununla bağlı qəbz ala bilərlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev radiomuza müsahibəsində bildirir ki, avtomobili təxliyyə olunan sürücü cərimə meydançasında yalnızca 20 manat – evakuator pulu ödəyib avtomobilini götürə bilər. Əgər sürücünün yol-hərəkət qaydalarının pozulmasına görə vaxtı keçmiş və ödənilməmiş başqa bir cəriməsi varsa, bu zaman sürücü həmin cəriməni də yerində ödəməlidir. Yalnız ödənişdən sonra avtomobili buraxılır.
Dayanma-durma qaydalarını pozduğuna görə yazılan 20 manat məbləğindəki cərimə ilə bağlı isə protokol tərtib olunmalıdır və sürücü protokola əsasən növbəti 30 gündə bu məbləği müvafiq ödəmə məntəqələrində həyata keçirməlidir.
Kamran Əliyev:
Əgər nəqliyyat vasitəsi dayanma-durma qaydalarını pozubsa, həmin nəqliyyat vasitəsinin sahibi yanında olmayanda, əlbəttə ki, o avtomobil evakuator vasitəsilə təxliyyə olunur. Həmin şəxslər duracaqlarda daşınmaya görə (Tarif Şurasının müəyyən etdiyi qiymətdir) 20 manat evakuasiya haqqı ödəyirlər və dayanma-durma qaydalarının pozulmasına görə sürücü haqqında inzibati tənbeh tədbir görülür və nəqliyyat vasitəsi buraxılır.
Kamran Əliyevin sözlərinə görə, sürücü dayanma-durma qaydalarını pozduğuna görə yazılan 20 manat məbləğindəki cəriməni yalnız plastik kartla yaxud banka gedərək ödəyə bilər. Əgər ilk beş iş günü ərzində cərimə ödənilərsə, güzəşt əldə edir. Cərimə olunan şəxs 30 gündə cəriməni ödəmirsə, məbləğin üzərinə bir faiz dəbbə pulu gəlir. Ödəniş etdikdən sonra sürücülərə qəbz verilməməsi hallarının baş verməsinə gəldikdə isə Kamran Əliyev bunları bildirir.
Kamran Əliyev :
Heç bir halda cərimə nəğd şəkildə ödənilə bilməz. Ödəniş yalnız plastik kartla post terminallarda və ya banklarda pulu ödəməklə olur. Post terminallarla da ödəniş aparılırsa iki nüsxədə qəbz çap olunur. Onun biri inzibati xəta haqqında protokola əlavə olunur, digəri isə sürücüyə verilir. Əgər gedib bankda və ya postlarda, mühaifə olunan duracaqlarda olan bank köşklərdə ödəniş aparırsa qəbz həmin sürücünün özünə verilir
Xəbərdarlıqsız təxliyyə olunan avtomobillərin hansı cərimə meydançasına aparıldığını müəyyən etmək üçün bəzən sürücülər çətinlik çəkirlər. Standartlara görə “Dayanmaq qadağandır” yol nişanın altında avtomobillərin təxliyyə olunması halında hansı meydançaya aparılması və həmin meydançanın əlaqə vasitələri qeyd olunan lövhə asılmalıdır. Paytaxtın bəzi mərkəzi küçələrində bu lövhələr olsa da bəzilərində heç bir qeyd yoxdur. Məsələni şərh edən Kamran Əliyev bildirir ki, “dayanmaq qadağandır” yol nişanının altında əlaqə nömərələri olmadıqda sürücülər avtomobillərini hansı duracağa aparıldığını öyrənmək üçün Dövlət Yol Polisi İdarəsinin 902 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
wide storage [url=http://viacheapusa.com/#]cheap viagra for sale[/url] free bicycle first courage lowest price
for viagra 100mg deeply substance cheap viagra
for sale perfectly bath http://viacheapusa.com/
http://www.jerseysbasketball.us/ NBA Jerseys