İdman, Müsahibə, ZZ-Manşet

“Çexiya ilə oyunu böyük nailiyyət kimi dəyərləndirirəm”

screen-shot-2014-10-28-at-5-32-34-pmAzərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. Azərbaycan Çexiya ilə səfər oyununda 0:0 hesablı bərabərliyə nail olub.

Bu haqda GSR.fm-ə “CBC Sport”-un şef redaktoru Rövşən Binnətli müsahibə verib. O bildirib ki, Çexiya ilə oyun Azərbaycan komandası üçün olduqca önəmli idi. Komandanın göstərdiyi oyunda sübut olundu ki, əslində Norveçlə oyunda da Azərbaycan komandası taktiki cəhətdən savadlı oynayıb:

“Komandamız onlar üçün ənənəvi olmayan 4-1, 4-1 sistemi ilə oynayır, bu sistemə komanda o qədər də uyğunlaşmayıb. Çünki ön xəttdə olan futbolçu uzun ötürmələri komanda yoldaşlarına qazandırmalıdır, başla yaxşı oynamalıdır. Bu mənada bizim çətinliyimiz var, amma topu itirən kimi həmin sistem dərhal 4-2-3-1 sisteminə keçir. Bu zaman futbolçulardan fizik çeviklikdən başqa əqli çeviklik də tələb olunur. Bunlara baxmayaraq, komanda məşqçinin planlarını dəqiq şəkildə icra etdi, hətta bizim bir neçə əks-hücumlarımız çox təhlükəli idi. Birinci hissənin son saniyələrində Ruslanın vurduğu zərbə çox güclü idi. Biz oyunu qalibiyyətlə bitirə də bilərdik. Əslində Çexiya komandası bu gün yaxşı dövrünü yaşamır, komandanın aparıcı futbolçuları komandanı tərk edib, məşqçi yenidir. Müəyyən qədər vaxt lazımdır ki, komanda komplektləşsin. Amma bu o anlama gəlməməlidir ki, komandanın heç-heçəsi kölgə altına alınmalıdır. Azərbaycan komandası qələbə ilə dönsəydi belə, taktik oyunda dürüst oyun nümayiş etdirdiyinə görə, o, da komandanın halal haqqı olacaqdı. Bu heç-heçə ilə Çexlərlə beş xallıq fərqimizi qoruduq, Şimali İrlandiya ilə üstünlüyü 1 xal artırdıq. Mən bunu böyük nailiyyət kimi dəyərləndirirəm. Növbəti oyunu Şimali İrlandiya ilə səfərdə keçirəcəyik. Orada da, komanda məğlubiyyətə uğramasa, o halda Azərbaycan komandasının ikinci yer uğrunda mübarizə aparmaq şansı artır. Biz də komandaya mənəvi dəstək olmalıyıq ki, futbolçularda yaranan inam bir az da möhkəmlənsin”.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: cheap viagra for sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.