Podkastlar, ZZ-Manşet

Çılğın azarkeşləri ilə tanınan “Traktor Sazi”

1970-ci ildə əsası qoyulan Təbriz şəhərinin “Traktor Sazi” klubunun maraqlı tarixcəsi var. Klub öz adını rəsmi sponsoru, Təbrizin Traktor istehsal edən zavodundan  götürür. Lakin, təbrizlilər klubu öz ləhcələrinə uyğun “Tirəxtur” və ya “Traxtur” adlandırmağa başlayırlar. Kluba ilk baş məşqçi Məhəmməd Bəyati təyin olunur. Kərim Bəqari, Kərrar Casim, Rəsul Xətibi, Leonardo Pimento kimi oyunçuları klub tarixinin ən məşhur futbolçuları hesab etmək olar.

“Traktor Sazi” klubunun inkişaf tarixi iki yerə bölünür: İran İslam İnqilabından öncəki və inqilabdan sonrakı dövrlər.

İlk dövr 1970-1978-ci illəri əhatə edir. 1975-ci ildə klub İranın “Təxti Cəmşid” adlı birinci divizion çempionatına yüksəlir, lakin 16-cı yeri tutur və ikinci diviziona qayıdır. 1977-ci ildə isə yenidən birinci diviziona yüksələn “Traktor Sazi” bu dəfə 5-ci yerdə qərarlaşır.

İkinci dövrdə – 1979-cu ildə İran Milli Futbol Çempionatı İran İslam İnqilabi və İran-İraq müharibəsi səbəbindən 1988-ci ilə qədər bağlanır. Bu dövrdə yalnız əyalət çempionatları keçirilir və  “Traktor Sazi”  Təbriz liqasında iştirak edir.

1991-ci ildə Vasili Qoca kluba baş məşqçi təyin olunduqdan  sonra “Traktor Sazi” bir sıra uğurlara imza atır. 1992-ci ildə keçirilən İranın Azadeqan adlı birinci divizionda 3-cü, 1994-cü ildə baş tutan Federasiya Çempionatında isə 2-ci yeri tutur.

10997207_867468069977084_7351453128728131607_n

“Traktor Sazi” həmçinin, çılğın azarkeşləri ilə də tanınır. Klubun prezidenti Məhəmməd Hüseyn Cəfərinin sözlərinə görə, 2010-cu ildə klubun 482 min rəsmi azarkeşi olub. Təkcə Təbrizdə deyil, paytaxt Tehran da daxil olmaqla, türklərin yaşadığı bütün şəhərlərdə klubun milyonlarla azarkeşi var. Klubun qadın azarkeşləri isə stadiona girmək qadağası olduğuna görə sevimli komandalarının oyunlarına stadion ətrafındakı təpələrin üzərinə çıxaraq tamaşa edirlər.

“Traktor” İran milli futbol çempionatının yüksək liqasının 2010-2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub. 2010-cu ildə Təbrizin “Səhənd” stadionunda baş tutan “Traktor Sazi” ilə Şirazın “Müqavimət Sipası” klubu arasındakı qarşılaşmaya stadionun tutumundan daha çox azarkeş gəlib. 80 min 451 nəfərlik tutuma malik olan stadionda oyunu 110 – 150 min arası azarkeş canlı olaraq izləyib.

11110978_902567126467178_8147921982523576973_n

“Traktor”un qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq onlar sevimli komandalarını alqışlayırlar. Azarkeşlərin ən çox səsləndirdikləri şüarlar isə bunlardır: “Yaşasın Azərbaycan”,  “Azərbaycan var olsun, istəməyən xar olsun”,  “Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz”.

Azarkeşlər tez-tez öz şüarları ilə Cənubi Azərbaycanın ictimai problemlərini gündəmə gətirirlər. Onlar “Dağlıq Qarabağ”ın ermənilər tərəfindən işğal edilməsinə etiraz olaraq isə tez-tez stadionda “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirirlər.

Klub azarkeşləri Cənubi Azərbaycanın simvollarından biri sayılan “Urmiya” gölünün quruması məsələsinə də biganə qalmırlar. Belə ki, 2010-cu ildə keçirilən ev  oyunlarının birində onlar “Urmu gölü səslənir, susuzam, haray, haray” şüarları səsləndirirlər. Daha sonra isə Urmiya gölü üzərindəki körpüdən gölə bir qab su tökməyə başlayırlar. Deyilənlərə görə, bu hadisə nəticəsində 100-dən artıq “Traktor” azarkeşi həbs olunur. Həmin gündən sonra gölə gələn hər kəs ciddi polis yoxlanışından keçirilir.

“Traktor” İranda rəsmi marşı olan ilk futbol klubu olaraq tarixə keçir.  Yaşa, yaşa Tiraxtur adlanan marşı 2010-cu ildə Əmir Məsud Sepehr yazır və Barış Kor Qrupu ilə birlikdə ifa edir.

“Qırmızı Qurdlar” ləqəbi ilə tanınan “Traktor Sazi”nin ən böyük uğurlarından biri də 2013-cü ildə keçirilən Asiya Çempionlar Liqasında çıxış etməsi olur. 2014-2015 mövsümünün son qarşılaşması – “Traktor Sazi” ilə “Naft Tehran” arasında keçirilən oyun maraqlı anlarla yadda qalıb. Oyunun 3-3 hesabı ilə başa çatractor-sazi-fans-41523tması ilə stadionda “Traktor”un çempionluq anonsu edilir və klub azarkeşləri ilə birlikdə çempionluğu qeyd etməyə başlayır. Lakin bir neçə dəqiqədən sonra İran Futbol Federasiyası anonsun yanlış olduğunu və çempionluğu “Sepahan” klubunun qazandığını  elan edir. Bu zaman isə meydanda çaxnaşma yaranır.  Hadisədən  sonra 100-dən çox  “Traktor” azarkeşi həbs edilir.

Heyətini “Neftci”dən Cardozo, “İnternasional”dan Augusto, “Ludogorets”dən Hamza Younes ilə gücləndirən “Traktor Sazi” 2015-2016 mövsümündə çempionluğa əsas namizədlərdən hesab olunur.


Hazırladı: Şahin Cəfərov

Fotolar “Traktor Sazi” klubunun rəsmi Facebook səhifəsindən götürülüb.

Öncəki xəbərNövbəti xəbər