Foto, Maraqlı, ZZ-Manşet

Çin Qran Prisi haqqında 5 maraqlı fakt

Çində nəzərdə tutulan Formula 1 yarışının debütünə ilyarım qalmış, 2003-cü ilin aprelində mühəndis və arxitektorlar qrupu ilk dəfə gələcək trasın tikiləcəyi yerə baş çəkiblər. O zaman heç kim inanmırdı ki, belə böyük bir kompleksi 18 aya tikmək mümkün olacaq, amma çinlilər hamını işə dəqiq yanaşmaları ilə təəccübləndirdilər və beləliklə 2004-cü ildən bu günə kimi Çin Qran Prisi keçirilir. Gəlin Çin Qran Prisi haqqında 5 maraqlı faktı nəzərdən keçirək.

1. Beynəlxalq Şanxay Halqasının arxitektoru Herman Tilkedir. O, çin dilində ŞAN (Şanxay sözünün ilk hissəsi – Yüksək mənasını verir) heroqlifindən istifadə edərək, yaratdığı treklərin bir-birinə bənzəmədiyini bir daha sübut etdi. Trekin tikiləcəyi yer bataqlıq olduğundan, inşaatçılar torpağa təxminən 400 ton poliester tökmək qərarına gəldilər.

sanxay

2. 16 döngə – yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol – ötmək üçün əlverişli trek. Trekin uzunluğu 5.451 km, dövrələrin sayı isə 56-dır.

chinesegp-140061chi

3. 2004-2010-ci illər arasında keçirilən 7 yarışda 7 müxtəlif pilot qalib olub. Bunlar müvafiq olaraq Rubens Barikello, Fernando Alonso, Mixael Şumaxer, Kimi Raykkonen, Luis Hamilton, Sebastian Fettel və Censon Batndır.

1460640309_chinesegp-jenson-button2

4. Çin Qran Prisi tarixində ən sürətli dövrə Mixael Şumaxerə məxsusdur. O, 2004-ci ildə dövrəni 1:32.238 dəq. başa vurub. Lakin buna baxmayaraq həmin il Çin Qran Prisi onun üçün uğurlu olmadı. O, yarışı 12-ci yerdə bitirdi.
4
5. Çin Qran Prisində pilotlar arasında 4 dəfə Luis Hamilton (2008, 2011, 2014, 2015), komandalar arasında isə Ferrari 4 dəfə qələbəyə seviniblər (2004, 2006, 2007, 2013).
5
Mənbə: Avtosfer.az

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.