boş bölmə

Coca-Cola və ASAN Könüllüləri tibb işçilərinə dəstək oldu

“ASAN Könüllüləri” təşkilatı və Coca-Cola Fondunun COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə həyata keçirdikləri “Birlikdəyik” layihəsi çərçivəsində 1000 nəfər səhiyyə işçilərinə müvafiq tibbi ləvazimatlar təqdim edilib. Coca-Cola şirkəti, ASAN Könüllüləri Təşkilatı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB)-in nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə karantin rejimində fəaliyyət göstərən tibb personalı üçün min ədəd qoruyucu eynək, min ədəd qoruyucu kombinezon, 3 min şəffaf maska, 21 min əlcək, 7 min baxıl və 20 mini respirator maska təqdim olunub.

“Yeni klinika” tibb müəssisəsində təşkil olunan görüşdə layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Coca-Cola” şirkəti “ASAN Könüllüləri” Təşkilatı və TƏBİB publik hüquqi şəxsinnümayəndələrinin iştirakı ilə təhvil-təslim prosesi baş tutub və tərəfdaşlar layihə müddətində görülən işlər haqqında məlumat veriblər. Qeyd olundu ki, hazırda 4 istiqamət üzrə həyata keçirilən “Birlikdəyik” layihəsi çərçivəsində əhaliyə qida yardımlarının çatdırılmasını, şəxsi gigiyena vasitələrinin (maska və antiseptik sprey) vasitələrin paylanılmasını, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılmasını nəzərdə tutulur.

Görüşdə iştirak edən Coca-Cola şirkətinin İctimaiyyətlə Əlaqələr və Kommunkasiya xidmətinin rəhbəri Elşad Fərzəliyev pandemiya dövründə həmrəylik və sosial məsuliyyətin vacib olduğunu vurğuladı: “Bu çətin günlərdə hamının – fərdlərin, cəmiyyətin, dövlətin və özəl sektorun həmrəy olması çox önəmlidir. Məhz bu səbəbdən Coca-Cola Fondu və ASAN Könüllülər Təşkilatı ənənəvi əməkdaşlığını davam etdirirək “Birlikdəyik” sosial yardım layihəsi vasitəsilə ölkədə pandemiya ilə mübarizəyə öz töfhəsini verməkdədir. Bu mübarizənin ön cəbhəsində olan tibb işçilərinə Coca-Cola Azərbaycan adından dərin minnətdarlığımızı bildiririk. ASAN Könüllülərinə də tərəfdaş olaraq bu layihəni uğurla icra etdikləri üçün təşəkkür edirik”

May ayından bashlayan layihə üzrə ilkin olaraq 20 min şəxsi əhatə edən aztəminatlı ailələrə ərzaq yardımının paylanmaqdadır. Həmçinin hazırda ictimai yerlərdə olan insanlara, o cümlədən könüllülərə, pandemiya dövründə iş fəaliyyətini davam edən əməkdaşlara antiseptik vasitələrlərin və maskaların paylanılması işi davam etdirilir.

Qeyd edək ki, bu layihə COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün Coca-Cola ilə əməkdaşlığın davamıdır. Aprel ayının əvvəlində ASAN Könüllüləri Coca-Cola Azərbaycanın dəstəyi ilə ölkədə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsullarının çatdırılmasını təşkil etmişdir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.