ZZ-Manşet

Coca-Cola və ASAN Könüllüləri aztəminatlı ailələrə ərzaq payladılar – #Birlikdəyik layihəsi

ASAN Könüllüləri təşkilatı və Coca-Cola  ölkədə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizəyə dəstək olmaqda davam edirlər. Bu yaxınlarda yüzdən artıq ASAN Könüllüləri və Coca-Cola əməkdaşları aztəminatlı ailələlərə ərzaq yardımı təqdim etmişlər. Bu təşəbbüs nəticəsində 4000-dən artıq ailəyə yardım etmək nəzərdə tutulub. Qeyd edilir ki, bu yardım aksiyası Coca-Cola Fondunun maliyyələşdirdiyi “Birlikdəyik” sosial yardım layihəsi çərçivəsində həyata keçirilir.

Ərzaq yardımı aksiyasına Bakı şəhəri 4 saylı Bakı ASAN Xidmət Mərkəzində keçirilən tədbirlə start verildi. Layihə haqqında məlumat verən ASAN Könüllülər təşkilatının sədri Səbinə Cabarova bildirdi ki, müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən ASAN Könüllüləri və Coca-Cola şirkəti “Birlikdəyik” sosial yardım layihəsi ilə bir neçə istiqamətdə işlər görəcək. Karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim edəcək və 4000-dən artıq aztəminatlı ailə ərzaq və şəxsi gigiyena  ləvazimatları ilə təmin ediləcək.  Bundan başqa layihədə COVİD-19 virusunun yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında müxtəlif sosial şəbəkələr vasitəsilə maarifləndirmə işi aparılacaq.

Tədbirdə könüllüləri salamlayan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev Coca-Cola Fondunun dəstəyi ilə təşkil edilən bu önəmli layihənin könüllülər tərəfindən icra edilməsini vurğuladı: “ASAN Könüllüləri ölkədə karantin elan olunduğu ilk gündən müxtəlif sahələrdə fəallıq göstərir. ASAN Könüllülər təşkilatı pandemiya ilə mübarizə məqsədilə tərəfdaşlar ilə də əməkdaşlığı genişləndirir və şox şadıq ki, Coca-Cola Fondu bu sosial yardım layihəsinin icrasını məhz ASAN Könüllülərinə həvalə edib. Könüllülərimiz birbaşa vətəndaşlarla işləyir, vətndaşlarımızın hər zaman yanında olmağa çalışır”.

Coca-Cola şirkətinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev pandemiya ilə mübarizədə hamının həmrəy olmasının vacib olduğunu bildirmişdir: “Dünyada yayılmış məlum pandemiya ilə mübarizədə Azərbaycan cəmiyyəti ilə həmrəy olduğumuzu bildiririk. Ölkədə COVİD-19 virusunun qarşısının alınması istiqamətində görülən vacib işləri alqışlayır və bunun üçün Coca-Cola olaraq dəstəyimizi davam etdiririk. Çox şadıq ki, ASAN Könüllüləri ilə birgə bu milli mübarizəyə dəstək oluruq. Coca-Cola şirkəti adından könüllülərə təşəkkürümüzü bildiririk. Dövlətin, cəmiyyətin və özəl sektorun səylərinin birləşdirilməsi nəticəsində bu çətinliyin öhdəsindən tezliklə birgə gələcəyimizə inanırıq”.

Tədbirdən sonra könüllülər ərzaq yardımlarını ünvanlara çatdırmaq üçün yola düşdülər. Ərzaq yardımı müraciətlər əsasında tərtib olunan siyahılar üzrə Bakı və bölgələrdə yaşayan ailələrə çatdırılacaq. ASAN Könülllər təşkilatından verilən məlumatda qeyd olunur ki, bu layihə  sentyabr ayınadək davam edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.