Siyasət, Xəbərdar, ZZ-Manşet

Con Kerri Misirə səfər etdi

con kerriAmerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Misirin paytaxtı Qahirəyə səfər edib.

GSR.fm-in Anspress-ə istinadən verdiyi  məlumata görə, səfərin məqsədi yaxın günlərdə Qahirədə keçiriləcək və Qəzza zolağının bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir. 

Konfransda 50-dən çox ölkənin nümayəndələri İsraillə Fələstinin «HƏMAS» qruplaşması arasında sonuncu qısamüddətli müharibədən sonra Qəzza zolağının gələcək aqibətini müzakirə edəcəklər. Fələstin Muxtariyyətinin rəhbərliyi Qəzza zolağının infrastrukturunun bərpası üçün dörd milyard dollar həcmində maliyyə yardımına nail olmağa çalışacaq.

İsrailin «HƏMAS»ın raket hücumlarını dayandırmaq məqsədilə iyulun 7-dən avqustun 26-dək həyata keçirdiyi «Məhvedilməz Qaya» adlı hərbi əməliyyatdan sonra Qəzza zolağı xarabalığa çevrilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.